G.O

səsi soyuq idi. Küləkli boz bir payız günü idi, elə bil Təhminənin səsinə də çökmüşdü bu günün soyuqluğu, tutqunluğu.
Edebiyat
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Bilirsən, həyatdır, hər şey ola bilər. Sən başqa qadınlarla da ola bilərsən və lap yəqin olacaqsan da...Amma bu cür olmayacaq Zaur. Heç kəslə olmayacaq bir də, mən bilirəm...Ayrı cür ola bilər, bəlkə bundan da yaxşı, amma bu cür yox...Ola bilməz ki, hər şey bax beləcə təkrar olsun. Domodedovo meşəsindəki quşlar da, o küçədəki cərimə də, bu qədim gürcü mahnısı da...Bu bizimdir, ancaq bizim... Başqa heç kəsin...Onunçün də mən arxayınam. ...düz çıxdı Təhminənin sözləri.
İlişkiler
Zaur indi sevdiyinə də əmin idi, sevildiyinə də və sevgi onu elə qüvvətli bir xoşbəxtlik duyğusuna bürümüşdü ki, heç bir şey bu səadəti yaralaya bilməzdi..
1000Kitap
Çox-çox illər sonra, qoca yaşlarında, hərdənbir ömrünün acı və xoş xatirələrini fikrində arıtlayanda, şadlıq və kədər günlərini yada salanda Zaur düşünürdü: əgər həyatı boyu bəxtiyar illəri, ayları, günləri, saatları, dəqiqələri olmuşdusa - xoşbəxt dəqiqələrinin ən xəşbəxti bax bu bir neçə an idi - Domodedova aeroportunun şəffaf qalereyasında, uzaqdan Təhminəni görəndə, ona tərəf qaçanda, Təhminəni qol- ları arasma alanda və Təhminə deyəndə: - Zaurik, nə yaxşı ki, gəldin...
1000Kitap
Zaur isə elə bil bütün məclisi duman içində görürdü və bu dumanın içində bircə sifət durulub aydın seçilirdi, Təhminənin sifəti, bu hay-küydə bircə səs aydın eşidilirdi - Təhminənin səsi.
İlişkiler