gulcan

gulcan
12 Kasım 2004
51 okur puanı
Eylül 2022 tarihinde katıldı
Çox az spoiler ola bilər
7/10
·126 syf.··
2024 17. kitabı
·
3 günde okudu
·
Okunma: 07 Eylül 2024 09:09
Kitabı bitirər bitirməz incələmə yazmalıyam deyə düşündüm. Amma bilmirəm yazdığım 3-cü kitab incələməsi olduğundanmı yoxsa bu növ mövzularda çox da yaxşı olmamağımdanmı nə yazacağım mövzusunda qərarsız qaldım. Düşündüm və sonra Johann Wolfgang Von Goethe'nin kitabında oxucuya keçirmək istədiyi obrazların hisslərinin məndə buraxdığı təəssürat haqqında yazmağ qərarına gəldim. İlk növbədə, Wertherin hiss etdiklərinin tamamını hiss etsəydim onun etdiyini əsla etməzdim. Bir çox oxucunun incələmələrini oxudum və çoxunun da Wertherin Lotte'yə bəslədiyi hisslərin necə müqəddəs və gerçək sevgi olduğunu düşündüklərini gördüm. Bu mövzuda çox az belə olsa onlara qatılıram amma gerçək sevginin özünü onun yolunda fəda edəcək qədər ucda olduğunu düşünmürəm. Belə düşünməyim səbəbi bəlkə də Werther kimi duyğusal biri olmamağımdandır. Çünkü, sadəcə bir an bələ olsa, məntiqlə düşünsəniz sırf sevdiyin insanla qovuşmadın deyə özünü öldürməyin nə qədər acizcə olduğunu görərsiniz. Werther haqqında uzun uzadı yaza bilərəm ama onu heç vaxt başa düşə bilmərəm. Gələk məni ən çox əsəb edən obraza... Lotte... Bir insanın səni sevdiyini və qovuşmağınızın imkansız olduğunu bildiyin halda onu özündən uzaqlaşdırmaq heç də çətin deyil. Təbii sən özün də ona qarşı bir şey hiss etmirsənsə. Amma "sevgili" Lotte eyni anda həm Albert'ə həm də Werther'ə qarşı hisslər bəsləyirdi. Kitabın sonlarına qarşı Lotte'nin düşündüklərini, etdiklərini oxuduqca əsəbdən dəli olurdum. Hələ özünü öldürəcəyini təxmin etdiyi halda silahı Werther'ə göndərməsi... Lotte və onun qərarsız düşüncələri və hərəkətləri haqqında uzun uzadı yazıb daha da əsəbləşmək istəmirəm. Kitabda ən çox sevdiyim obraz Albert idi. Yeri gəldiyində məntiqli və yeri gəldiyində duyğusal qərarlar verən 10/10 bir obraz idi. Bəlkə də kitabı məntiqimi bir kənara qoyub
Genç Werther'in AcılarıJohann Wolfgang Von Goethe · Türkiye İş Bankası Kültür Yayınları · 2024149,9bin okunma
Reklam
Puan vermedi·94 syf.··
2024 13. kitabı
·
5 saatte okudu
·
Okunma: 28 Temmuz 2024 15:05
Həm Anton Çehov'dan , həm də teatr janrından oxuduğum ilk əsər idi. Bu əsər dramatik teatr janrında yazılan dörd pərdəli bir pyesdir. Əsərin əsas mövzusunu, teatr aləmindəki insanlar arasındakı münasibətlər və onların şəxsi hissləri təşkil edir. Əsas qəhrəmanlar arasında yazıçı Trigorin, aktrisa Arkadina, onun oğlu Treplev və Nina adlı gənc qız var. Trigorin, öz sənətinə sadiq bir yazıçı olsa da, həyatının monotonluğundan bezmiş və yaşadığı həyatı sevməyən bir obrazdır. (Ayrıca bu obrazın gerçək sevginin nə olduğu barədə bir fikri olduğunu düşünmürəm). Arkadina məşhur bir aktrisadır və bu obraz özündən başqa heç kimə əhəmiyyət verməyən , oğlunun düşüncələri ilə çox zaman zidd düşüncəyə sahib olan bir obrazdır. Treplev isə əsər boyu özünü Trigorin ilə müqayisə edən və ondan daha yaxşı olduğunu (olacağını) ilk növbədə anasına və digər insanlara sübut etməyə çalışan bir obrazdir. Nina obrazının isə əsərin başlarında sevimli bir obraz olduğunu düşünürdüm ama bu obraz sırf xəyallarını gerçəkləşdirmək və gerçək sevgi olduğunu düşündüyü hisslərinin arxasınca getmək üçün çox məntiqsiz qərarlar verən bir obraz idi. Anton Çehov pyesində bu personajların həyatını və onların içində yaşadıqları çətinlikləri oxucuya çox aydın şəkildə çatdırdığını düşünürəm.Həmçinin əsəri oxuyarkən, xarakterlərin bir-birinə zidd xüsusiyyətlərini, onların gerçəklik və arzuları arasındakı uçurumu necə incəliklə oxucuya çatdırıldığını görə bilərik.
1000k
MartıAnton Çehov · İş Bankası Kültür Yayınları · 201626,6bin okunma
Puan vermedi·224 syf.··
2024 1. kitabı
·
25 saatte okudu
·
Okunma: 02 Şubat 2024 11:54
Kitabin süjet xətti ustalıqla işlənmiş və finala qədər qatilin kim olacağı barədə heç bir fikrin formalaşmır.Hər cinayətdə başqa birindən şübhələnirdim.Hətta bəzən ölən insanlarin özündən əvvəlki insanları öldürdüyünü belə düşündüm.Təbii ki belə olmadı."Qatil içlərindən biridir ama kimdir?" sualı kitabın final səhnəsinə qədər düşündüyüm tək şey oldu.Yazıçının kitablarında bəyəndiyim məqamlardan biri də budur: qatili əsla təxmin edə bilməmək. Çox axıcı bir dildə yazılan və oxuyarkən heç sıxılmadığım bir kitab oldu.
1000Kitap
On KişiydilerAgatha Christie · Altın Kitaplar · 202143,5bin okunma