Bəzən də insanlar inadla həqiqəti görməkdən imtina edirlər. Bəli, heç kəs özünün aldadıldığını bilmək və ya qəbul etmək istəmir. Aldadılaraq yaşamağa davam etmək özünün bu günə kimi axmaq olduğunu qəbul etməkdən daha yaxşıdır. Bir də ki, yalanın üstünü açandan sonra insanda ona qarşı çıxma cəsarəti də olmalıdır. Bu isə artıq başqa "hekayə”dir.
Həqiqət budur ki, sizin dediyiniz İblisin ən güclüsü elə insanın içində öz taxtını qurub. Ona ehtiras, nəfs, hədsiz istəklər, acgözlük, paxıllıq, qəzəb, kin - nə deyirsiniz, deyin. Bax bu içimizdəkini zəncirləməyənə qədər İblisi qandallamağın faydası yoxdur.