Əgər iki zərrəcik arasında əzəldən hansısa əlaqə mövcuddursa, onda həmin əlaqə zaman və məkandan asılı olmayaraq, həmişə saxlanacaq. Nəticə kimi, zərrəciklərdən birinə təsir göstərəndə analoji təsiri digəri də hiss edəcək - hətta onlar məkanın müxtəlif nöqtələrində olsalar da. Biz özümüz də zərrəciklərdən ibarət olduğumuzdan, deməli, zaman və məkanın hüdudları xaricində hamımız - bütövlükdə və tamamilə qarşılıqlı bağlıyıq. Biz başqa adamlara nə isə edəndə, eyni vaxtda özümüzə də etmiş oluruq.
İnsanlar öz fəaliyyətlərinin nəsə bir əhəmiyyət kəsb edə biləcəyini, dünya quruluşunun möhtəşəm strukturunda isə azad seçimə yer olduğunu ehtimal etmirdilər. Elə günü bu gün də məgər bir çoxumuz özünü (şüurlu surətdə, yaxud təhtəlşüur səviyyəsində) vur-tut qurban saymırmı?