Görünür, insan təbiətinin xüsusiyyəti elədir ki, hər şey çox pis olmayana və özümüzü, sadəcə, əvvəlkitək yaşaya bilmədiyimiz dərəcədə diskomfort hiss etməyənə qədər, biz nəyisə dəyişmək qǝrarına gələ bilmirik. Bu, hamı və hər bir adam üçün ədalətlidir. Yalnız böhran, travma, itki, xəstəlik və faciə bizi dayanmağa və kim olduğumuza, nə etdiyimizə, necə yaşadığımıza, nə hiss etdiyimizə, nə bildiyimizə və nəyə inandığımıza nəzər yetirməyə və həqiqi dəyişikliklər yoluna qədəm qoymağa məcbur edə bilər.