Günel İsmayılova

İnsana yanlışını anlamaq imkanı verilibsə, deməli, yanlışını düzəltmək şansı da verilib.
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Reydən "Kor olduğu üçün özünü bədbəxt hiss etmirmi?" soruşanda o deyirdi: "Korluq insandan həyatın verəcəklərinin yalnız bir faizini ala bilər. Uşaqlarını görə bilməmək, aylı gecənin seyrindən məhrum olmaq kədərli olsa da, həyatın sonu deyil". Rey Çarlz Con Miltonun dediyi önəmli həqiqəti anlamışdı: "Bədbəxtlik korluqda deyil, korluğa dözə bilməməkdədir".
Kimisə və ya nəyisə bütün qəlbinizlə sevə bilərsiniz. Amma bu kimsə getsə və ya nəsə yoxa çıxsa, o demək deyil ki, siz ölməlisiniz. Belə bir itki, nə qədər böyük olsa da, yalnız sizin üçün çox əziz olan nəyinsə yoxa çıxması deməkdir, sizin yoxa çıxmağınız demək deyil.
Çox düşünüb az hərəkət etmək fəlakətə səbəb olur. İşə başla, bir işlə məşğul olanda lazımsız məsələləri düşünməyə vaxt da olmur.
Sayfa 208·Kitabı okudu
Bir şeyi həddən çox istəməyimiz hələ o demək deyil ki, o iş bizim xeyrimizədir və biz mütləq o hədəfə çatmalıyıq. Bəzən insan həyatda elastik davranmalı, büdrəmələri təbii qarşılamalı, istənilən uğursuzluğu təcrübə qazanmaq və nəticə çıxarmaq fürsəti kimi dəyərləndirməlidir.
Sayfa 194·Kitabı okudu