Qeyd etmək istərdim ki, gənc şair Həsən Hüseynovun sayca ilk kitabı olan “Sevgi səninlə gözəldir” adlı şeirlər toplusunu mənə təqdim etdikdə ona olan minnətdarlıqla yanaşı həm də marağımı daha da artırmış oldu. Bu minvalla 134 səhifəlik kitabda şairin cəmi 97 şeiri nəşr edilib. Xüsusi olaraq qeyd etmək istərdim ki, kitabın başlıca özünəməxsusluğu onun içərisində toplanan bütöv şeirlərində, bəzəndə isə bəndlərində əksərən isə misralarındadır. Kitab haqqında düşüncələrimi qələmə almaqda da elə əsas məqsəd buradan qaynaqlanaraq bu təəssüratları yazıya çevirməyə əsas səbəb də misralarda olan bənzərsizlik, bəzən isə bu bənzərsizlikdən doğan “ağlı başdan alan” epitetlər, metaforalar, mübaliğələrdir. Ümumiyyətlə, gənc şairin şeirləri düşündürücüdür. Gənc şair çox zaman misralarında sözün elə uzaq mənasına arxalanır ki, onu tapıb yenidən yerinə qoymaq oxucu üçün elə də asan başa gəlmir.
Məsələn:
İsti gecənin birində,
Soyuq bir qış günündə,
Qalın paltarda üşüyəndə,
Yazmağa başladım.
Birinci misrada aydın olur ki, gənc şair dərdi can-başla qəbul edir, ikinci misrada artıq həddi aşır, digər misralarda isə üstəlik dərdin bəlasını da boynuna götürmüş olur.
“Sevgi səninlə gözəldir” adlı kitabla daha yaxından tanış olarkən burada olan bədiilikdən söz düşdükdə bir daha qeyd etmək lazımdır ki, onun şeirlərinin ən qabarıq cəhətləri misralarındakı yeni söz birləşməsi tipləri çox zaman adət etmədiyimiz qafiyələr, sözün içinə-məna dərinliyinə baş vurmaq kimi sənət əlamətləri xüsusi olaraq diqqəti cəlb edir. Onları oxuyanda belə qənaətə gəlirsən ki, gənc şair Həsən Hüseynov şeirlərini misralara birnəfəsə, bədahətən deyilən, üstündə “əməliyyat” aparılmayan, redaktə olunmayan bir formada oxucusuna təqdim edir. Məhz buna görə də onların ahəngi, səsləşməsi, bir-birinə qovuşuqluğu,