Sən gedən gündən
Ürəyim ağrıyır dərdi biləndən,
Gözlərimdə gülmür o son güləndən,
Əllərim quru taxta o yar gedəndən,
Əllərim qocalıb sən gedən gündən.
****
Evimin içində mən qalmışam ki,
Birazda xəstə tək saralmışam ki,
O qədər özümə qapanmışam ki,
Qanımda qaralıb sən gedən gündən.
****
Çox büdrəyirəm ama özüm yıxmıram,
Saqqalda uzanıb üzüm qırxmıram,
Gör neçə vaxtdır ki evdən çıxmıram,
Saçlarım uzanıb sən gedəngündən.
****
Bəlkədə eynidir bizim dərdimiz,
Axı yumşaq idi bizim qəlbimiz,
Saf bir su idi bizim sevgimiz,
O suda bulanıb sən gedən gündən.
****
Dərdlər elədir ki, ondan qaçılmır,
Günəştək həyata işıq saçılmır,
Hər günüm gecədir səhər açılmır,
Günəşdə yubanıb sən gedən gündən.
****
Bu cürnə alınmır axı ay parəm,
Qəlbimə cızdığım çoxdankı yarəm.
Bəsdir geri dön ay bəxtiqarəm,