Heydar Alizada

Reklam
Elə ki, ideologiya müqəddəs elan olundu, Sistemin istənilən proseduru ağıllı və adekvat hesab edilməyə başlayır.
Sayfa 250 - Qanun Nəşriyyatı, 2022, 512 səh.
Kitap Alıntısı
İdeologiya son məqsədə nail olmaq üçün istənilən zəruri vasitələri qanuniləşdirməyə imkan yaradan iddia və ya ideyadır.
Sayfa 249 - Qanun Nəşriyyatı, 2022, 512 səh.
Kitap Alıntısı
Əgər biz sayıqlığımızı itirərək rola artıq öz həyatını yaşamağa izin versək, o məlum kontekstə əsaslanmış sərt qaydalar yaratmaqla nəyin mümkün və gözlənilən olduğunu təyin edərək bizi təkcə xəcalət çəkməyə deyil, həmçinin dəhşətli işlər görməyə vadar edə bilər. Belə sərt rollar “adi davranışımızda” bizi yönəldən dəyərləri və əxlaqi cəhətləri “söndürür”.
Sayfa 238 - Qanun Nəşriyyatı, 2022, 512 səh.
Kitap Alıntısı
Biz müxtəlif hallarda – evdə, məktəbdə, kilsədə, fabrikdə müxtəlif rollar ifa edirik. Adətən, başqa şəraitdə “adi” həyata qayıdanda roldan çıxırıq. Lakin elə rollar var, bu, sadəcə, vaxtaşırı riayət etdiyimiz “ssenari” deyil, onlar bizim mahiyyətimizə çevrilib hər zaman özünü büruzə verir. Belə rolları əvvəlcə süni, müvəqqəti və şəraitə uyğun hesab etsək də, onları internalizə edirik. Biz, həqiqətən, ataya, oğula, qıza, qonşuya, bossa, əməkdaşa, əsgərə, dilənçiyə, oğruya və s. çevrilirik.
Sayfa 237 - Qanun Nəşriyyatı, 2022, 512 səh.
Kitap Alıntısı