Heydar Alizada

Hər dəfə özümüzün və ya digər adamların qeyri-adi, qəribə davranışının səbəbini başa düşməyə çalışanda ilk növbədə şəraitin analizindən başlamaq lazımdır. Əgər şəraitin araşdırılmasına əsaslanan analiz qaldırılan sualları cavablandırmırsa, bu halda meyillilik faktoruna (irsiyyət, xarakter xüsusiyyətləri, fərdi patologiyalar və s.) müraciət etmək olar.
Sayfa 235 - Qanun Nəşriyyatı, 2022, 512 səh.
Kitap Alıntısı
“Yeterince kitabın var” diyenlere cevabımız hazır.
Pis, xoşagəlməz şəraitin təsiri altında hər birimiz bəşər övladının bu günədək görmədiyi ən dəhşətli əməli törədə bilərik. Bunu başa düşməyimiz heç də şər əmələ bəraət qazandırmır, bu, sadəcə, onu, belə demək mümkünsə, "demokratikləşdirir", yəni bu halda günahı adi adamın özünə aid edǝrǝk şər əməlin sırf zalımın müstəsna səlahiyyətinə aid olmadığına dəlalət edir.
Sayfa 235 - Qanun Nəşriyyatı, 2022, 512 səh.
Kitap Alıntısı
Demək olar, hər birimiz güclü sosial qüvvələrin hakim kəsildiyi mühitə düşərkən xarakterimizdə dəyişiklik yaşaya bilərik. Belə halda davranışımızla özümüz haqda nə düşündüyümüzdən asılı olmayaraq, atdığımız və ya ata biləcəyimiz addımlar arasında təzad yarada bilər.
Sayfa 235 - Qanun Nəşriyyatı, 2022, 512 səh.
Kitap Alıntısı
Ziddiyyətli görünsə də, şərait qüvvələri qarşısında öz möhkəmliyimiz haqda mif yaratmaqla daha da gücsüzləşirik, çünki sayıqlığımızı itiririk.
Sayfa 235 - Qanun Nəşriyyatı, 2022, 512 səh.
Kitap Alıntısı