Eşq ölüm kimi bir şeydi, heç gözləmədiyimiz zamanda gəlir və bizi, bizdən alıb aparır bilmədiyimiz, ancaq eşitdiyimiz yerlərə. Eşqin tək fərqi ölümdən bir az öncə gəlməsidi.
Nələr var, ilahi bu balaca insan ürəyində?! Bütün dünya, axirət nə desən, sığırdı... Mənə maraqlı gələn içinə bu qədər şeyin sığdığı ürəyin, bu balaca bədəndə necə dayana bilməsi idi.