Könlün həsrət dəmləri...
Cibimdə son iki manatım qalmışdı. Dərsə gəlib heç olmasa bir saat onu görməyimin əvəzində sabah işdən piyada qayıtmalı olacaqdım. Öz-özümə pıçıldadım: “Hər şeyin bir bədəli var. Gözəl hisslər yaşamaq istəyirsənsə, o bədəli ödəməlisən.” Və tərəddüdsüz dərsə getdim. Şair demişkən, “ay üzü aydan işıqlım” məndən əvvəl gəlmişdi. Yenə gülümsəyirdi. Elə bir gülüş idi ki, adamın bütün yorğunluğunu əlindən alırdı. Amma bu dəfə də mənim tərəfə baxmırdı. Sanki baxsa, nəsə dəyişəcəkdi… Bütün aləm mənim ona olan sevgimi duyurdu, divarlar, pəncərələr, hətta səssiz skamyalar belə. O isə ya bunu anlamırdı, ya da anlamazlıqdan gəlirdi. Dərs boyu müəllimin səsi uzaqdan gələn külək kimi idi. Mən isə öz aləmimdə idim: bir baxışın ehtimalında, təsadüfi bir anın ümidi ilə ona baxırdım. Elə bilirdim, birdən dönüb baxacaq və bütün bu səssiz etiraflar gözlərimdən onun qəlbinə axacaq. Dərs bitəndə hamı tələsik qalxdı. O da ayağa durdu, çantasını yığdı. Bir anlıq yollarımız kəsişdi. Göz-gözə gəldik. Cəmi bir neçə saniyə. Amma mənim üçün bir ömür qədər uzun idi o an. Gülümsədi. Sadə, sakit, amma içimi dağıdan bir gülüşlə. Bəlkə də hələ anlamırdı. Bəlkə də bu sevgi tələsməyi sevmirdi. Mən sabah piyada qayıdacaqdım, yorğun, amma könlü xoş. Çünki sevgi qarşılıq görməsə belə insanı yüngülləşdirən yeganə yükdür...
Duygu ve Düşünce
Vəfa...
Bəzmi-Ələstdə verdiyin o sözə hələ də vəfakarmısan? Yoxsa dünya səsinin gurultusunda ruhunun verdiyi sözü unutdun?.. Ey vəfasız sevgili… Ruhuma açdığın yaranı zamanmı sağaldar, yoxsa yalnız Yaradanmı? İndi qorxuram… Bir gün bu can əmanətini sahibinə qaytararkən məndən soruşulmazmı: “Ey bəndəm, sənə saf verdiyim bu qəlbi kim bu hala saldı?” Mən nə deyim onda?.. Sənin adınımı çəkim, yoxsa “özüm yandım” deyim?.. Bilirsənmi, bəzi ayrılıqlar ölüm kimi deyil… ölüm bir dəfə gəlir, amma həsrət hər gecə insanın ruhuna yenidən enir. Sən getdin… amma məndə qalan sənin yoxluğun oldu. İndi hər dua arasında bir inciklik, hər səcdənin içində səssiz bir ah var. Kaş sevmək yalnız qovuşmaq olaydı… Bəzən insan ən çox “Allaha əmanət” dediyi yerdə sınırmış…
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Mənim gizli dünyam
Hər şey xatirəmdədir, səsin gəlmir yada bircə, Yaddaşım aciz qalır həsrət qaldığım səsə. Hər anın bir möhür tək həkk olunub qəlbimə, Bir tək o tını sığmır bu kədərli rəsmimə. ​Gecə sükut ridasın çəkəndə kainata, Mənim xəyal dünyamda oyanar bir xatirə. O an bütün düşüncəm sənə olar əmanət, Sənsizlik aləmində başlar gizli bir xəlvət. ​Orda səni kimsə görməz, kimsə duymaz, biləsən, Orda tək mənimkisən, gizli bir dünyadasan. Aramızda şəhərlər, yollar olsa da uzaq, Bir saniyə içində xəyallarda qovuşaq. ​Yarım qalmış bir eşqmi bu həsrəti bəsləyən? Yoxsa sən kimi yoxdur məni xoşbəxt eyləyən? Hər gecə tək duam var, budur sonuncu soraq: Gəl qonaq ol yuxuma, barı orda bir olaq.
İnsan ən sonunda arzu etdiyi şeyi yox arzusunu sevər. Bəzən bir şeyin reallaşmasını o qədər hədsiz istəyirik ki, elə bilirik o baş versə, bütün boşluqlarımız dolacaq. Amma bəzən o arzu həyata keçmir. Maraqlısı budur ki, həyata keçməsə belə, o arzu bizdən bir parça olmağa, içimizdə yaşamağa davam edir. Hətta bəzən reallıqdan daha doğma gəlir bizə. Bunu bir insanı sevmək nümunəsində daha aydın görmək olar. Bəzən birini sevirik, bəlkə də heç qarşılıq almırıq, amma vazkeçə də bilmirik. Niyə? Çünki bir nöqtədən sonra artıq o insanı yox, ona qarşı bəslədiyimiz duyğuları sevməyə başlayırıq. O hissləri bəsləmək, o həyəcanı daxilimizdə yaşatmaq bizə o insanın özündən daha çox şey ifadə edir. Bəlkə də bu, özümüzü könüllü bir xəyala məhkum etməkdir. Amma daxili dünyamızda bu, bir sığınacaq rolunu oynayır. Niyə bu vəziyyətdən çıxa bilmirik? Cavab sadədir: Öyrəşdiyimiz o tanış boşluqdan ayrılmaq istəmirik. Bu hal bizə güvən verir. Artıq o duyğuya, o həsrətə və ya o yarımçıq qalmış arzuya o qədər alışmışıq ki, sanki ruhumuza qədər sinib. Naməlum bir xoşbəxtlikdən tərəddüd edib, tanıdığımız və bizə doğma gələn o kədərli sakitliyə sığınırıq. “Kaş ki"lər və "bəlkə"lərdən uzaq, daha gözəl günlər diləyirəm. Sevgilərimlə.. özünüzə diqqət edin.
'Sən gedəndən başladım həsrət şərabın içməyə, Sən gedəndən başladım öz varlığımdan keçməyə.' pin.it/703ULjrQU
Müzik
Həsrət
Həsrət nədir bilirsənmi həsrət ruhun getmək istədiyi yerə Bədənin gedə bilməməsidir... 🤍
Duygu ve Düşünce