Qəlb şairi Əli Kərim
Puan vermedi·336 syf.··
Beğendi
·
2026 21. kitabı
·
44 günde okudu
·
Okunma: 01 Haziran 2026 22:19
Qəribsədim uzaqlarda, Könlüm-gözüm səni andı. Ayrıldığım nə müddətdi, Bir əsrdi, yoxsa andı?.. PDF oxumağa səbri olmayan mən, Əli Kərimin şeirlərini oxumaq üçün bu çətinliyə də qatlandım. Məktəb və gənclik illərimin ən sevdiyim şairlərindən biri olub o. Şeirlərinin çoxunu oxuyanda elə bilirdim ki, misralar birbaşa mənə ünvanlanıb. Kitabxanaya hər gedişimdə onun şeirlərinin çap olunduğu jurnal, qəzet və ya kitab axtarır, tapdığımı böyük həvəslə oxuyurdum. Ürəyim sən deyən çox cavan deyil, Nə qədər dərdini daşıyıbdır o. O qədər sürətlə vurub ki, sənsiz, Bəlkə də lap yüz il yaşayıbdır o! Aradan iyirmi ildən çox vaxt keçsə də, Əli Kərimin şeirlərini yenidən eyni həyəcan və eyni duyğularla oxudum. Bəzi misralar insanın yaddaşında elə iz qoyur ki, illər keçsə də öz təsirini itirmir. Sənin baxışını yığdım gözümə, O xoş ətrini də səpdim evimə. Sözün də qapımın ağzında durdu, O bir hasar oldu hər gələn qəmə. Əli Kərimin şeirlərindən incəlik, zəriflik və səmimiyyət axır. O, özünəməxsus üslubu və təkrarsız poetik dünyası ilə Azərbaycan ədəbiyyatında seçilən şairlərdəndir. Kədər başdan-başa sinəmi tutmuş, Nəfəs almağa da yer saxlamamış. Fəsillər astaca üstündən keçər, Əriməz orada boranlı bir qış.
Seçilmiş ƏsərləriƏli Kərim · Lider Nəşriyyat · 200427 okunma
10/10
·224 syf.··
Beğendi
·
2026 53. kitabı
·
7 günde okudu
·
Okunma: 12 Mayıs 2026 00:00
"Söyüdlü Arx" İlyas Əfəndiyevin qələmindən oxuduğum üçüncü əsər idi və yenə də əvvəlkilərdə olduğu kimi bu əsəri də çox bəyəndim. Diqqətimi çəkən ən maraqlı məqamlardan biri də o oldu ki, oxuduğum hər üç əsərdə baş obraz qadındır. Yazıçının kişi olmasına baxmayaraq, qadınların daxili dünyasını, düşüncə və hisslərini bu dərəcədə məharətlə işləməsinə heyran qalmamaq mümkün deyil. "Söyüdlü Arx" əsərində baş obraz Nuriyyədir. Onun saflığını, ülvi hisslərini, təmiz və geniş qəlbini, incə və mülayim xarakterini çox sevdim. Amma oxuduqca onun çəkdiyi iztirablar mənim də qəlbimi göynədirdi. Düşünürəm ki, bir insan üçün bu dərəcədə fədakarlıq etmək, əslində, özünü incitməkdir. Nuriyyənin böyük ürəyi ilə yanaşı, nə qədər ağıllı bir qız olması da diqqətimdən yayınmadı. O, özünü Murad və onun ailəsi üçün fəda etməkdən savayı, Səadətə də ən düzgün yolu göstərdi. Doğrudan da, cəmiyyətdən ayrı düşən insanlar həyatdan da kənarda qalırlar. Səadətin hissləri bayağılığa bürünmüşdü. Mənasızlığa yuvarlanan bir həyatda hansısa dərin və ali hisslərdən söhbət gedə bilməz. Əsl insan kimi yaşamaq və zəhmətin bəhrəsini görmək üçün mütləq bir fəaliyyət lazımdır. Yoxsa ancaq özünü düşünməklə, ətrafındakı insanlara fayda vermədən xoşbəxt olmaq mümkünsüzdür. Bunun üçün ilk öncə istək, sonra isə insanlarla yaxın olmaq, başqalarına can yandırmağı bacarmaq və cəmiyyətin bir parçasına çevrilmək lazımdır. Yalnız bu zaman insan nələr edə biləcəyini görməyə başlayır. Var-dövlət sahibi olmaq günümüzü fərəhli keçirməyə kifayət etmir. Mədəni və mənalı həyata can atmayan insan bu sərvəti ancaq yeyib-yatmağa sərf edəcək ki, bu da zövqsüz həyat tərzi deməkdir. Bayağılıqdan qurtulub ali mərtəbələrə yüksəlmək üçün həyata qaynayıb-qarışmaq və taleyin açdığı yollarla yürüyərək məna qazanmaq lazımdır. Səadətin
1000Kitap
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 20201,303 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Və İstanbul Kimisən
10/10
·80 syf.··
Beğendi
·
2026 5. kitabı
Rəşid bəyin qələmə aldığı “Və İstanbul Kimisən” şeir kitabında duyğular olduqca incə və təsirli şəkildə ifadə olunub. Eyni zamanda şair hisslərini oxucuya çox gözəl şəkildə çatdırır və Rəşid bəyin yaşadığı duyğuları asanlıqla hiss etmək olur. Sərbəst vəzndə qələmə aldığı şeirlərdə türk şairlərinin qələm tərzinin təsiri duyulur. Şeirlərdə ayrılıq, həsrət və əğyar mövzuları da uğurla işlənilib. Xüsusilə “Riyazi sevgi” və “Paralel dünya” kimi şeirlər həm mövzu baxımından maraqlı, həm də ədəbiyyatda nadir rast gəlinən şeir növlərindəndir. Qarşılıqsız sevgi mövzusu Rəşid bəyin baxış bucağından həssas və dolğun şəkildə əks etdirilir. Kitabda yer alan “Yoxsan” şeiri isə xüsusi diqqət çəkir, sevdiyi insanın yoxluğu ilə yaranan boşluq və kədər hissi oxucunun duyğularına toxunaraq onu kövrəldir. Dəyərli və gənc yazar Rəşid bəyə yeni qələmə alacağı kitablarda uğurlar arzu edirəm ..Bəzi şeirləriniz unudulmazdır.. Qələminizə qüvvət yazmağa davam edin
Və İstanbul Kimisən...Rəşid Nəsirzadə · Elm və Təhsil Nəşriyyatı · 20268 okunma
Və İstanbul kimisən...
10/10
·80 syf.··
Beğendi
·
2026 5. kitabı
__Şeir oxumağı çox sevdiyim üçün bu kitab mənim gözləntilərimi tam qarşıladı. Şeirlər, kitabın adından da bəlli olduğu kimi, sevgidən bəhs edir. Sevginin hər çaları, ona aid bütün hisslər şair tərəfindən səmimi və içdən, ən əsası isə oxucuya hiss etdirəcək şəkildə təqdim olunub. Eşq acısını yaşamayan bir oxucu belə bu hissin necə dərin olduğunu misralardan təsəvvür edə bilir. Sevgi birlik içində olduqda insanı necə xoşbəxt etdiyini, ayrılıq və həsrətə çevrildikdə isə necə yaraladığını, aşiqə hansı duyğuları yaşatdığını şair çox uğurlu şəkildə ifadə edib. Sevginin dar və işıqlı küçələrini, enişli-yoxuşlu yollarını təsirli və poetik dillə təsvir etməyi bacarıb. Çox bəyəndim. Şairimizin dünyəvi və fərqli mövzularda da qələmini maraq etdiyimi qeyd etmək istəyirəm.__
Duygu ve Düşünce
Və İstanbul Kimisən...Rəşid Nəsirzadə · Elm və Təhsil Nəşriyyatı · 20268 okunma
Puan vermedi·176 syf.··
2026 8. kitabı
·
6 günde okudu
·
Okunma: 11 Nisan 2026 18:23
Səssiz üsyan.   Anar "Ağ Liman"   Yuxu ilə başlayıb, yuxu ilə bitən bu Povest düşündürücü idi. Məhşur "Beşmərtəbəli evin, altıncı mərtəbəsi " romanın girişidir, obrazlar ilə tanışlıqdır. Obrazların hər birinin öz daxili boşluqları vardı, hər şeyin qıraqdan göründüyü kimi olmadığını göstərir Povest. Azərbaycan ədəbiyyatının ayrılmaz tərkib hissəsi olan ailə-məişət mövzularına azacıq fəlsəfi toxunuş etməyə çalışıb Anar. Məncə, Povestin əsas gücü də elə buradadır  böyük hadisələr baş vermir, amma insanın içində böyük qırılmalar yaşanır. “Ağ liman” burada sadəcə məkan deyil. O, bir simvoldur insanın çatmaq istədiyi sakitlik, sığınacaq, bəlkə də heç vaxt əldə edə bilmədiyi daxili harmoniya. Povest bəzən sıxıcı gəlir, bəzən isə düşündürücü. Bu da onun ritmindən yox, daha çox həyatın özündən qaynaqlanır , çünki real həyat da eyni ilə belədir: Monoton, amma dərin. Məmməd Nəsir, Səfdər baba obrazlarına daha da rəğbət bəslədim. Məmməd Nəsir içki aludəçisi olsada, söylədiyi nitqlər fövqalədə idi. Onun simasında sanki cəmiyyətin kənarında qalmış, amma həqiqəti daha aydın görən bir insan var. Biz ətrafımızda daimi olan insanları nə qədər tanıyırıq, dərdlərinə nə qədər şərik oluruq...?! Bəzən insan adi bir telefon ilə danışmağada həsrət qalır. Heç düşünmüsünüzmü, biz insanlar eyni məkanda yaşayıb, fərqli dünyalarda tənha qalanlarıq...?! Xüsusilə "Yadlıq  Yüzilliyində" daha da yadlaşırıq. Hər kəs öz "Ağ Limanı"nı axtarır, amma kim çatıb o limana...?! Bəlkədə çatan var, nə xoş halına. "Fight Club" filmindən bir sitatı anımsadım. "Sahib olduqların sonda sənə sahib olur"... Bəlkə də problem elə bundadır  biz “liman” axtarırıq, amma özümüzü yükə çevirən şeylərdən qopa bilmirik. Oxuyun, oxutdurun kitabla qalın əziz insanlar...
Ağ LimanAnar Rızayev · Qanun Nəşriyyatı · 0431 okunma
Axsaq dərvişin insanlığa xitabı və ya “Çağrı” romanı haqqında
10/10
·388 syf.··
Beğendi
·
2026 11. kitabı
·
13 günde okudu
·
Okunma: 31 Mart 2026 22:05
Ədəbi cəhətdən xüsusi mütaliə lətafətinə malik, oxuduqca səhifələri bir-birinə calanan, amma bir o qədər də bitməsini istəməyəcəyiniz bir əsərdən bəhs etmək istəyirəm. Bu əsər daha öncə “Dan ulduzu” kitabı ilə tanınan yazar Elçin Əzimlinin “Çağrı” romanıdır. Bu romanın misra aralarında vətənin dəyəri, sevgi, şövq, güc hərisliyi, qadın qüvvəti (bəli, zəifliyi deyil, qüvvəti), analıq duyğusu, atalıq məsuliyyəti, vərasət, tarixi gerçəklər, savaşın vəhşəti, həqiqi nəciblik, həsrət, ayrılıq, vəhdət, səfər, bağışlanma kimi bir-birindən güclü motivlərin işlənməsinə şahid olacaq, mənim kimi siz də əsəri mütaliə edib bitirdikdən sonra bir müddət boşluğa düşəcək, əsərin sehrindən qopmaq istəməyəcəksiniz. Bu əsərdə tarix, mənəviyyat, fəlsəfə, ədəbiyyat, irfani biliklər vəhdət təşkil edir. Bədii dili əvəzolunmaz təsvirlər, məcazlar, bənzətmələrlə zəngin olan “Çağrı” əsərini oxumağı həm tarixi, həm ədəbiyyatı sevənlərə tövsiyə edirik. İndi isə keçək əsərin süjet xəttinin təhlilinə. Diləyənlər əsəri oxuduqdan sonra təhlilə nəzər yetirə bilərlər. XIII əsr, Mavəraünnəhr, Zərəfşan çayı sahilləri, torpaq yuvalarından başını çıxarıb yazın gəlişini qarşılayan “kelegü”lər – sünbülqıranların insan qorxusu, qədim türkün Torpaq Ana ilə bağı ilə başlayan Elçin Əzimlinin “Çağrı” tarixi romanı Çingiz xanın dünyanı lərzəyə gətirdiyi bir dövrdən bəhs edir. Amma bu əsərin baş qəhrəmanı nə Çingiz xan, nə monqol ordusu, nə də başqa biridir. Əsər Mavəraünnəhr ərazisində qarluq obasının təsviri, qarluqların Zərəfşan sahilindəki məskəni – Qayalıqda baş verən proseslərin alovlanması, qarluq hakimləri – Laçınoğullarının ailə məzarlığının yerləşdiyi Laçın qayasındakı mağaraya yad adamın, fiziki cəhətdən qarluqlara, hətta onların heç bir zaman görmədiyi görünüşə malik olan başdan ayağa – kirpiyindən əbasına
ÇağrıElçin Əzimli · Teas Press · 2023107 okunma