Lakin birinin səni sevdiyini və özünün də ona eyni hissi bəslədiyini bilmək nəyə desən dəyərdi. Belə halda, ətrafında gördüyün hər şey sənin üçün yeni məna daşıyır. Hətta həyatın özü də…
Əslində, yəqin ki, bu dünyada sevilmək istəməyən qadın olmazdı. Qadınların hamısı, özləri sevsələr də, sevməsələr də sevilmək istəyirdilər. Hətta qadınlığın vacib şərtlərindən biri kimi qəbul etmək olardı sevilmək istəyini. Lakin mənim fikrimcə, ən yaxşı qadınlar sevmək və qarşılığında sevilmək istəyirlər. Həm də kişilərdən fərqli olaraq, yanlız biri ilə.
Heç kəs ölmək istəməz. Hətta bu həyatdan qurtulmaq arzusu ilə intihara qərar verən insanlar da ölümün qorxunc soyuq nəfəsini bu qədər yaxından duyanda, o məşum qərarlarından vaz keçərək həyatı seçirlər. Bu zaman geriyə yol qalıbsa, geri qayıdır, qalmayıbsa, son anda mütləq peşmanlıq hissi ilə can verirlər.
Müəllim sevimli şagirdiylə rastlaşdı, ondan mənəvi tərəqqisinin necə getdiyini soruşdu. Şagird dedi ki, indi gününün hər anını Tanrıya həsr eləməyə qabildir.
– Beləliklə, indi öz düşmənini bağışlamaqdan başqa bir işin qalmayıb, – müəllim dedi.
Şagird ürkək-ürkək müəlliminə baxdı:
– Amma bu vacib deyil. Mən öz düşmənimə heç bir pislik eləmirəm.
– Necə fikirləşirsən, Tanrı sənə bir pislik eləyirmi? – müəllim soruşdu.
– Əlbəttə, yox, – şagird cavab verdi.
– Bununla belə, sən ondan üzrxahlıq eləyirsən, elə deyil? Hətta əgər düşməninə pisliyin keçmirsə belə, ona qarşı da eyni cür hərəkət elə. Bağışlamağı bacaran adamın qəlbi təmiz və ətirlidir.