Puan vermedi·432 syf.··
2026 8. kitabı
Esmiralda… Təsirləndiyim, gözümü dolduran bir çox roman oxumuşam. Adətən kitablar haqqında incələmə yazmıram, hətta bu platformadan da çox aktiv istifadə etmirəm. Amma bu kitab məndə elə hisslər oyatdı ki, fikirlərimi yazmadan keçə bilmədim. Esmiraldanın acısını, sevincini, çarəsizliyini və bütün bunların içində ümidini itirmədən mübarizə aparmasını sanki onunla birlikdə yaşadım. Mələklə dostluğu, İlyasla qurduğu bağ məni ən çox təsirləndirən məqamlardan oldu. Qəzəbləndiyi anlarda qəzəbləndim, üzüldüyü anlarda üzüldüm. Xüsusilə Mələklə olan bəzi səhnələrdə çox duyğulandım. Onların arasındakı səmimiyyət, gerçəklik və bir-birlərinə olan sədaqət istər-istəməz göz yaşlarıma səbəb oldu. “Birlikdə edərik” kimi cümlələrin sadəcə söz olaraq qalmaması məni ayrıca təsirləndirdi. Bəlkə də buna səbəb bir zamanlar dostumla qurduğumuz bəzi planları həyata keçirə bilməməyimizin verdiyi hiss idi. Bu baxımdan onların bacarması həm kövrəltdi, həm də sevindirdi. Kitabda bəyənmədiyim yeganə məqam bəzi hissələrin mənə bir qədər uzun gəlməsi oldu. Bəzən artıq bildiyimiz və ya eşitdiyimiz fikirlərin təkrarını oxuyurmuş kimi hiss etdim. Buna baxmayaraq, ümumi olaraq əsər məndə çox xoş təəssürat yaratdı. Xüsusilə də içimi isidən sonluğu ilə uzun müddət yaddaşımda qalacaq kitablardan biri oldu.
GünahkarlarÜlviyyə Cəfər · Çardaq Nəşriyyat · 20253 okunma
Puan vermedi·80 syf.··
2026 21. kitabı
Əsər 3 fərqli yerdə və tərzdə təhsil almış və fərqli dünyagörüşlərinə malik olan qardaşlardan bəhs edir. Onların mübahisəsi analarına təsir edir. Mübahisəyə görə evdən ayrılmaq istəyən qardaşları anaları ayrılmalarını istəmir. Lakin qardaşlar bu mövzuda çox inadkar olurlar. Əsər cəmiyyətin bəzi problemlərinə yönəlmişdir. Cəmiyyətin dar düşüncələri tənqid edilmişdir. Obrazların öz fərqli düşüncələrinin nə ilə nəticələnəcəyini yazıçı sonda çox gözəl bir nəticə ilə göstərmişdir. Hətta əsər də rus polisinin belə onlardan əl çəkməsi bir mesaj idi. Nəticədə dar düşüncə ilə yaşamaq insanı çox irəliyə getməyə qoymaz və gözlənilməz bir nəticəyə səbəb olar.
Anamın KitabıCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 2025282 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Abdul oğlunun məntiqsiz kitabı.
Puan vermedi
Rövşən Abdul oğlu üzləşmə, mən yeməli deyiləm kitabları yaza bilirsə necə olurki bunun kimi sadə heç bir fəlsəfəsi olmayan kitab yazır mən yaxşı bir tənqid edirəm pis başa düşməyin yəni kitabı oxudum bitirmekde o qədər vaxt almadı amma digər kitablarınızdan əsər əlamət yox idi. Oxuduğuma peşman oldum. Uşaq əsəri idi ya deyildi bilmirəm amma uşaq eseride olsa çox mənasız idi yəni mən relsler üzərində uzanmış adam əsəri kimi hətta mənə görə ən yaxşı eseriniz olan kitabdan çox gözləyirəm sizi sevirəm Rövşən abii Rövşən Rövşen Abdullaoğlu
Baramada Gizlənən OğlanRövşen Abdullaoğlu · Dostum Nəşriyyatı · 202537 okunma
Özgürlük
Puan vermedi·%67 (135/200 syf.)··
6 günde okudu
·
Okunma: 09 Haziran 2026 16:50
Osho çərçivələrdən kənar düşünmə bacarığını bu kitabda da nümayiş etdirir. Oshoya görə azadlıq anlayışı heç bir dindən, ideologiyadan asılı deyil. Azad insan özünü heç bir qrupa, cəmiyyətə, dövlətə aid hiss etməməlidir, çünki bütün bunlar insan üçün məhdudiyyətlər yaradır. Osho deyir ki, insan yeni doğulanda müsəlman, xristian, yəhudi, hindu və s. kimi doğulmur, hətta adı belə olmur, bunların hamısı insana sonradan proqramlaşdırılır. Əsl azadlıq elə bunlardan azad olmaqla başlayır, amma sadəcə bu mərhələ ilə bitmir. Nələrdənsə azad olduqdan sonra əldə etdiyin azadlığı yaradıcılıq üçün istifadə etməlisən, deyir Osho. Yaratmaq üçün istifadə edilməyən azadlıq insana kədər gətirir. Həmçinin, sənin azadlığın digər insanların azadlığına mane olmamalıdır. Deyir ki, nə vaxt ki, davranışlarının, fikirlərinin proqramlaşdırılmış olduğunu, sənin robotdan fərqlənmədiyini başa düşsən, elə o gündən azadlıq üçün ilk addımı atmış olacaqsan. Maraqlı kitab idi, tez-tez düşündüyüm mövzulara toxunulub deyə yorulmadan oxudum.
Özgürlük - Kendin Olma CesaretiOsho · Butik · 2021773 okunma
Rövşən Abdullaoğlu - Relslər üzərinə uzanmış adam
9/10
·423 syf.··
2026 9. kitabı
·
19 günde okudu
·
Okunma: 09 Haziran 2026 15:55
Relslər üzərində uzanmış adam kitabı Rövşən Abdullaoğlunun sevərək və maraqla oxuduğum 2-ci kitabıdır. Kitabda iki bənzər taleyə malik oğlanların həyatı qatar relsləri üzərində birləşir. Hər birinin ayrı-ayrılıqda başına gələnlər və yaşadıqları hadisələr insana təsir edir. Bundan başqa kitabda təsvir olunan balkan və serb müharibəsinin acınacaqlı təfərrüatları, Adriana və Əmin obrazının onların möhkəm sevgisi fonunda başına gələn hadisələr insanı düşündürür. Əsərin əsas ideyası əsl sevginin insanı sağalda bilmək, bütün münaqişələrə, hətta müharibələrə belə sinə gərməyə güc-qüvvət vermək iqtidarında olmasıdır. Relslər Üzərinə Uzanmış Adam Rövşen Abdullaoğlu
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,802 okunma
9/10
·208 syf.·
Beğendi
·
2026 6. kitabı
Doğan hocanın yenə öz elmi ilə hər şeyi çox gözəl izah etdiyi bir kitabdır. Kitab həm çox axıcı, həm də faydalıdır. Burada sadəcə hocanın öz fikirləri deyil, eyni zamanda oxucuların paylaşdığı real həyat hekayələrindən nümunələr də yer alır. Kitabda uğurlu-uğursuz, fərqli evliliklərin hər bir formasına toxunulub. Bu kitabı oxumaq üçün evlilik yolunda olub-olmamanız əhəmiyyət kəsb etmir, hətta bu yolda olmayan hər kəsin də oxumasında fayda var. Kitab insanın özünə dönüb, özünü analiz etməsinə səbəb olur. Bundan əlavə, xüsusilə də yeni evlənmiş insanların mütləq oxuyub faydalanmalı olduğunu düşünürəm.
Evlenmeden ÖnceDoğan Cüceloğlu · Kronik Kitap · 20217,4bin okunma