Qanad açmaq istəyən ruhların ən böyük arzusu
10/10
·288 syf.··
2026 40. kitabı
·
5 günde okudu
·
Okunma: 07 Mayıs 2026 17:02
Hürr oxuyandan sonra onun təsirindən uzun müddət çıxa bilməyəcəyimi düşünürəm. Məncə bu roman sadəcə bir hekayə deyil, insan psixologiyasının dərin qatlarına enən bir əsərdir. Əsərdə hadisələr ilk baxışda adi görünür, amma hər səhifədə oxucunu düşündürən gizli məna var. Mən kitabı oxuduqca öz həyatım haqqında da düşünməyə başladım. Bəzən insanın içində elə qarışıqlıq olur ki, onu heç özü də anlaya bilmir. Xan bunu çox təsirli şəkildə göstərib. Ən çox diqqətimi çəkən məqam isə insanın taleyi ilə mübarizəsi oldu. Çünki həyatda da insanlar çox vaxt seçim etdiklərini düşünsələr də, əslində vəziyyət onları idarə edir. Aydın obrazı mənə müasir dövr insanını xatırlatdı. O, yorğun, ümidsiz və daxili boşluq yaşayan biri idi. Günümüzdə də bir çox insan belədir. İnsanlar gülür, danışır, amma daxilən özlərini tənha hiss edirlər. Məncə müəllif cəmiyyətin mənəvi yorğunluğunu bu obraz vasitəsilə göstərməyə çalışıb. Hürr obrazı isə tamam fərqli idi. O, sadəcə bir personaj kimi yox, azadlıq istəyən insan ruhu kimi təqdim olunurdu. Hürrün öz taleyinə qarşı çıxması məni çox təsirləndirdi. Çünki insan da bəzən həyatın ona yazdığı qaydaları qəbul etmək istəmir. Əsərdə reallıqla xəyalın sərhədi o qədər qarışır ki, bir müddət sonra oxucu nəyin doğru olduğunu ayırd edə bilmir. Məncə romanın ən güclü tərəfi də budur. Oxucu kitabı sadəcə oxumur, hadisələrin içində yaşayır. Hər səhifədə insanın beynində yeni suallar yaranır. “İnsan həqiqətən azaddırmı?” sualı əsər boyunca hiss olunur. Mən bu sual haqqında çox düşündüm. Çünki müasir dövrdə insanlar özlərini sərbəst hesab etsələr də, cəmiyyətin düşüncələrindən asılı yaşayırlar. İnsanlar başqalarının fikirlərinə görə dəyişirlər. Bəzən öz istəklərini belə unudurlar. Əsərdəki psixoloji gərginlik hadisələri daha maraqlı edir. Müəllif qorxu
HürrXan · Teas Press · 202550 okunma
Puan vermedi·288 syf.··
2026 5. kitabı
Kitap, sevmediğim kitaplar listesinde ilk 3'e girdi. Diğer ikisi 1984 ve Uçurum İnsanları. Popüler kitaplar sırf bu sebepten okumuştum ve pişman oldum. Demek ki çoğunluğun seçmesi olayın saçmalığını kurtarmıyor. Bu kitap da biraz merak ve zorla okutuldu diyebilirim. Resmen işkence gibiydi. O kadar ki yarıda bırakacaktım ama bırakamadım ki hiçbir şeyi yarıda bırakmam. Neyse ki durumu sevgilim kurtardı. Onunla yarış halindeydik, ilk kim bitirecek diye. Tek motivasyonum buydu ve bitirdim de. Kimin kazandığını söylemeyeceğim. Neyse, kitap berbat olsa da prensesle yarışmak güzeldi. Sizden daha zeki birisini görünce aşık olmamak elde değil (benden daha zeki tek kadın). Kitap hakkında pek bir şey yazmadım çünkü hiçbir şey öğretmedi bana. Resmen kopyala yapıştır, sanki sosyal medyadan alınan saçma sözler ve yabancı filmlerin değiştirilmiş kopyası gibiydi, kötü hâlde tabii. Bir şeyi kopyalarken ondan daha iyi yapmayacaksanız yapmayın. Her neyse, her insan sevilmez, her kitap okunmaz. Adios.
HürrXan · Teas Press · 202550 okunma
Reklam
Puan vermedi·288 syf.··
2025 103. kitabı
·
8 günde okudu
·
Okunma: 23 Aralık 2025 02:43
Hürr oxuduqca insanı içindən tutan, düşündürən bir kitabdır. Hadisələrdən çox, verilən suallar yadda qalır. Əsas mövzu azadlıqdır, amma buradakı azadlıq sadəcə istədiyini etmək deyil, insanın özünü tapmasıdır. Kitabda insanın taleyi ilə bağlı tərəddüdləri, seçim etmək qorxusu və öz yolunu axtarması hiss olunur. Bəzi yerlərdə sanki qəhrəman yox, birbaşa oxucu özü sual altına alınır: “Mən doğrudan azadam, yoxsa sadəcə axına gedirəm?” Dil ağır deyil, amma məna dərinliyi var. Bəzən real hadisələr, bəzən də daha simvolik səhnələr olur. Bu da kitaba fərqli bir hava qatır. Oxuyarkən hər şeyi dərhal anlamaq məcburiyyəti yoxdur, bəzi hissələr sonradan yerinə oturur. Hürr macəra axtaranlar üçün yox, daha çox düşünməyi sevənlər üçündür. Kitabı bitirəndə səndə bir hiss qalır: azadlıq bəlkə də insanın özü ilə etdiyi ən çətin mübarizədir.
Duygu ve Düşünce
HürrXan · Teas Press · 202550 okunma
Alma qadağa mı yoxsa insanın azadlığa açar mı?
Puan vermedi·288 syf.··
2025 19. kitabı
Uşaqlıqda oynadığınız oyunları xatırlayın. Qaydalarını böyüklərin yox, özünüzün qoyduğu oyunları. Məntiqin qapıdan qovulduğu, saçmalığın qanun olduğu, hər şeyin gerçək sayıldığı bir dünya. Valideyn səsi gəlməsə, ordan çıxmaq istəmədiyiniz bir dünya. Romanın qəhrəmanı Aydın da məhz belə bir yer qurur. Yazdığı ssenarinin içində özünə bir kainat yaradır. Tanrısı özü olur, qaydaları özü yazır, günəşi də, kölgəni də özü paylayır. Amma pozulmuş zehnin yaratdığı heç bir dünya sağlam qala bilməz. Aydın getdikcə yaratdığı aləmlə gerçək dünya arasında ilişib qalır. Hansının yuxu, hansının həqiqət olduğunu ayırd edə bilmir. Çünki hər ikisi artıq eyni dərəcədə murdardır. Bu dünyada başqa biri də var: Vüqar. Aydının yaratdığı kainatda doğulan, amma onun qaranlığına boyun əyməyən biri. Vüqar bu dünyada sadəcə yaşamaq istəmir. O, hür olmaq istəyir. Və bu istək, Tanrısına qarşı açıq üsyana çevrilir. Paradoks buradadır: Aydın hür olmaq arzusu ilə çıxdığı yolda öz qaranlığına məhkum olur. Vüqar isə məhkum edildiyi qaranlığın içində hür olmaq üçün dirənir. Biri Tanrı ola-ola kölə olur. Digəri kölə ola-ola azadlığı seçir. Bu hekayə yaxşı ilə pisi ayırmır. Sadəcə göstərir: insan bəzən yaratdığı dünyanın altında qalır, bəzən də o dünyanın divarlarını yumruqları ilə dağıdır. Və ən qorxulu həbsxana həmişə insanın öz beyninin içində olur.
HürrXan · Teas Press · 202550 okunma
Puan vermedi·288 syf.··
2025 42. kitabı
Xan - “Hürr” Bir nəfəsə oxuyub bitirəcəyiniz bu kitabın mövzusu haqqında ətraflı izah verməyəcəyəm. Nədən bəhs etdiyini, süjet xəttini və ümumilikdə mövzunu necə ifadə etsəm də, yazıçının toxunduğu mövzu qədər güclü alınmaz. “Ən yaxşısı bu maraqlı mövzu ilə özünüz tanış olun” - deyərdim. Bir az qarışıq görünə bilər, amma oxuduqca anlayırsınız ki, yazıçı olduqca fərqli, düşündürücü və maraqlı bir sujet xətti qurub.. Yazıçının üslubu həqiqətən çox fərqlidir və səhnələr o qədər realistik təsvir olunub ki, oxuyarkən hər şey sanki gözünün qarşısında canlanır. Sanki böyük bir ustalıqla, 1001 cümlənin içindən məhz ən təsirlisini, ən gözəlini seçib-çıxarıb bizə təqdim edir. Bu da oxucuya hadisələri daha da canlı hiss etdirir və səhnələr beynində resmən film kimi axıb gedir. Hətta bəzi yerlərdə dayanıb düşünürdüm ki, “Bu nə gözəl səhnədir!”. Bu tərzdə yazılmış kitabın ədəbiyyatımızda çox nadir olduğunu düşünürəm. Bəlkə də belə peşəkar şəkildə yazan başqaları da var, amma mən çox az rastlaşmışam. Ümumiyyətlə, hadisələrin quraşdırılması və kitabdakı bəzi səhnələr - onları təsvir etmək üçün çox güclü bir xəyal dünyasına və zəngin fantaziyaya sahib olmaq şərtdir. Doğrudan da peşakarlıq tələb edir - belə bir hekayəni düşün, qur, yaz, oxucuya ötür.. Kitabın adı, üz qapağı, üzərindəki dizayn əsərin mövzusu ilə tam uyğunluq təşkil edir və oxucuda daha ilk baxışdan maraq oyadır ki, bu detalları da çox bəyəndim. Kitabdakı cümlələrin həm loru-məişət dilində həm də ədəbi və bədii çalarlı ifadələrlə yazılması yazıçının zəngin söz bazasının və ədəbiyyata bağlılığının göstəricisidir. Cümlələrin 90%-i çox gözəl qurulmuşdu və oxuduqca xüsusi zövq aldım. Yazıçının yumor hissi isə heyranedicidir – obrazların dialoqları və monoloqları o qədər gülməli və yerində idi ki, bəzən oxumağı saxlayıb
1000Kitap
HürrXan · Teas Press · 202550 okunma
"Hürr"
7/10
·288 syf.··
2025 33. kitabı
·
4 günde okudu
·
Okunma: 18 Haziran 2025 15:33
"Azadlıq nədir?" Bu sualın cavabını tapmaq üçün Xanın “Hürr” əsərinə baş vurmaq kifayətdir. Sətirlər arasında gizlənən bir qığılcım var.İnsanın içindəki qandalları qırmaq istəyən, sakit görünən, amma təlatümlə çırpınan bir ruhun hekayəsi. Xan bu kitabda sadəcə bir insanın deyil, bütöv bir düşüncənin, sistemin və təslimiyyətin qarşısında dirənən bir iradənin dilini açır. "Hürr" — yalnız fiziki deyil, mənəvi azadlığın da bələdçisinə çevrilir. Bu kitab mənə nəyi xatırlatdı? Bəzən ən dərin həbsxananın insanın öz içində qurduğu qəfəs olduğunu. “Hürr”–Adı qədər azad, ruhu qədər dərin bir kitabdır. İlk səhifədən son cümləyə qədər Xan oxucunu susdurur, çünki bu kitab oxunmur, yaşanır. Sanki müəllif qələm deyil, içində çırpınan azadlıq ruhu ilə yazıb. “Hürr” sadəcə bir insanın deyil, minlərlə oxucunun içində gizlənmiş “mən”in səssiz fəryadıdır. Bu kitabda qəhrəmanın ən böyük düşməni cəmiyyət deyil ,öz içindəki qorxuları, susqunluqları və öyrədilmiş itaətidir. Xan bu zəncirləri qırır, oxucunu da özü ilə birlikdə ruhən azad olmağa çağırır. “Hürr” təkcə bir roman deyil. O, bir səsdir. Bəzilərinin içində boğduğu, bəzilərinin isə eşidib ayağa qalxdığı o tanış, amma çoxumuzun unudaraq yaşadığı azadlıq səsi...xan
1000Kitap
HürrXan · Teas Press · 202550 okunma
Reklam
Reklam