Gülü Məmmədova

Gülü Məmmədova
@iamgulmv
Sosial Pedaqoq
Azərbaycan Dövlət Pedaqoji Universiteti- Magistratura
Qarabağ, 9 Ağustos
88 okur puanı
Haziran 2020 tarihinde katıldı
İki il bundan qabaq "Fəlsəfə" ixtisasına qəbul olmamışdan və onunla tanış olmamışdan əvvəl bir "dinim" var idi,amma Allahı tanımırdım.Onun kim olduğunu bilmirdim.O mənim üçün sadəcə "dini" qayda-qanunların arxasında gizlənən bir şey idi.Haqqında bildiyim çox şey var idi:ondan qorxmalıyıq,əgər onun dediklərini eləməsək,qəzəblənib bizə bəla göndərər.Bizə bir şey verəndə həmişə nəyinsə qarşılığında verər.İnsanlar cılız və aciz varlıqlardır,Allah bizdən çox-çox böyükdür və o bizdən çox-çox uzaqdadır.O mənim gözümdə o qədər əlçatmaz idi ki(pis mənada).Mən bu yaşamı və bu həyatı qəbul edə bilmirdim.Ən pisi də "mən" yox idim.Bir insan olaraq dəyərim yox idi "Tanrının gözündə".Ədalətinə güvənə biləcəyim heç kimim yox idi.Məcburiyyətlər var idi."Tanıdığım" Allah özü də bir məcburiyyət idi."Dəyərini"sığdırdığı müqəddəs bir kitabı var idi. İndi isə bir "dinim" yoxdur.Amma Allahı tanıyıram.Onu sevirəm,sən demə o da məni sevirmiş.Mənə dəyər verirmiş.Və heç də məndən o qədər uzaqda deyilmiş.Əksinə,mənə bir nəfəsdən belə yaxın imiş.Və onu nə bir kitaba sığdırmaq olarmış,nə də bir sözə.O yalnız mən deyil,amma mən yalnız və yalnız o'yam.Və sandığım qədər qəzəbli deyilmiş mənə.Və verdiyi şeyləri həmişə nəyinsə qarşılığında vermirmiş.Və o nə əxlaqa sığırmış,nə də dinə.Ən gözəli də,öyrəndim ki,bu həyata onun üzündən əziyyət çəkməyə gəlməmişik,onla yoğrulub həyatdan zövq almaq üçün burdayıq.Həyat heç bir dinə və heç bir elmə sığmaz,hətta onu inanca belə sığdıra bilmərik.O qədər ali varlıqlarıq ki,biz də heç nəyə sığmırıq.Tam da onun kimiyik.O qədər alicənabdır ki,bizi heç nəyə məcbur etmir.Ədaləti sonsuzdur.2 il bundan qabaq vecimə deyildi o məndən razıdır,ya yox.Tək bir şeyi bilirəm ki,mən ondan narazı idim.Amma bugün...Bugün hər şey tamam başqa cürdür.Təşəkkürlər,"Fəlsəfə",məni
Gülü Məmmədova
Əhsən!👌🏻
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
İnsanların sənin ilə necə rəftar etmələrini istərdin ? Öncə o rəftarı sən özün insanlara sərgilə. Unutma, sənin sabahın, bu günə yanaşmandan doğulur. Əgər daha yaxşı bir gələcək ilə qarşılaşmaq istəyirsənsə; yazdığın sSenariyə diqqət et. Sən həqiqətən də, yaxşı bir gələcək ilə qarşılaşmaq üçün nə etmisən ? Və ya xəyallarındakı gələcəyə layiqsənmi ? Sənin yaşamını və yaşamaq istədiklərini, həyat yolu olaraq qarşına düzən, bu içində olduğun ağıllı mexanizmin özüdür. Hər şey sənin özünə və ətrafına verdiyin dəyərdən formalaşır. Sən özünə və ətrafına nəyi layiq görürsənsə, bu mexanizm də sənə onu geri göndərir və beləcə sən içində olduğun həyatı yaşamış olursan. Layiq olmadığın bir həyatı yaşadığını düşünürsənsə, bunu ilk öncə sübut etməli olduğun kəs, sən özünsən. Sən hər zaman yeni bir başlanğıc edə bilərsən. Ətrafa, bu yaşama, həyata, fəsillərə və başqa sənə örnək kimi göstərilmiş şeylərə diqqət ilə bax. Günlər, fəsillər biri-birini əvəz edərək yenidən başlayır. Bütün bu saydıqlarım boşu-boşuna gözlərimizin önünə düzülməmişdir və yerə düşən hər yarpağın hesabda bir yeri vardır. Sən bu kimi şeylərə önəmsiz yanaşdığın müddətcə, həyatda sənə önəmsiz yanaşacaqdır. Çün ki, sən şüurlu olduğun halda, bu möhtəşəm yaradılışın və bu mexanizmin işləmə prinsipindən xəbərsizsən. Dərsindən xəbərsiz olduğun bir müəllimə olan sevgin, sinif otağının qapısına qədərdir.
Gülü Məmmədova
❤️
7/10
·256 syf.··
2021 12. kitabı
·
48 günde okudu
·
Okunma: 19 Temmuz 2021 19:58
İnsanlıq böyük bir sürətlə tamamilə yox olmağa doğru yuvarlanmaqdadır. İqtisadi inkişafın get-gedə insanları əsir alması, təbiətə göstərilən bu düşməncə və ögey münasibət, eləcə də atom müharibəsi təhlükəsi insan nəslini və dünyanı təhdid etməkdədir. Bu fəlakətə gedişin qarşısının alına bilməsi üçün insanların və onların davranışlarını formalaşdıran kütləvi sistemlərin kökündən dəyişməsi şərtdir. Yeni bir insan və yeni bir cəmiyyətə keçidin tək yolu hər şeyi əldə etmək, onlara hakim olmaq formasında ortaya çıxan və acgözlük, mənfəət ehtirası ilə əks olunan "sahib olmaq" tipli yanaşma tərzini tərk etməkdən keçir. İnsanlar, onları xoşbəxtliyə, dincliyə və digər insanları sevməyə yönəldəcək "olmaq" formalı həyat fəlsəfəsinə keçmədikləri müddətcə xilas olmaları mümkün deyildir.
Sahip Olmak ya da OlmakErich Fromm · Say Yayınları · 20154,772 okunma
Gülü Məmmədova
👌🏻❤️
Beynimizin qidalanma yolu fərqinə varmaqdır. Fərqinə varmaq üçün, insan hər daim axtarışda və kəşf etməkdədir. Hazırda insan oğlu yaradıcılığın fərqinə varıb. Məsələ budur ki, insan Tanrının yaratdıqlarının deyil, öz düzəltdiklərinin kəşfinə çıxıb. Diqqət et, uşaqlığına diqqət et. Oyuncaqlarını kəşf edərdin bir zamanlar, indi gerçək oyuncaqları, avtomobili, evi, işi, pulu kəşf edirsən. Dəyişən nədir ? Yoxsa sən böyüməmisən ? Daima axtarışdasan, amma nəyin ? Bəlkə sən qurğulanmış robotsan ? Sənin dərdin maraqdır, gördüyünü kəşf edib, çözüb sakitləşməkdən ibarətsən. Bax indidə əlində bir telefon var, başını bununla daha asan qatırlar. Sən dünyanı kəşfə çıxırsan amma ayaq ilə deyil, telefon ilə. Bilirsən, insan təbiəti kəşfə çıxmaq yerinə, hündür qutu evlərə doluşub, onu kənardan izləməyi seçib.
Gülü Məmmədova isimli okura yanıt verildi
Gülü Məmmədova
Audaces fortuna juvat!🌿 "Özün olmaq"- əslində hər insan öz'ünün yaradıcısı deyilmi? Müəyyən bir vaxta qədər gərək cəmiyyət, gərək ailə tərəfindən formalaşdırılan "öz" bir gün artıq o dediyiniz üsyanın nəticəsi olaraq insanın axtarışa çıxıb, təcrübələri əsasında yaratdığı mövhumdur, məncə. Və ,əlbəttə, haqlısınız. Bütün təzyiqlərə və "cilalama" cəhdlərinə qarşı durub "öz"ü qorumaq həqiqətən iradə və mənəvi güc tələb edir. Hər bir halda bunu bacaranlar xoşbəxt öləcək. Çünki onlar öz doğru və yalnışlarının bədəlini ödəyir, yeridilənlərin deyil...
Beynimizin qidalanma yolu fərqinə varmaqdır. Fərqinə varmaq üçün, insan hər daim axtarışda və kəşf etməkdədir. Hazırda insan oğlu yaradıcılığın fərqinə varıb. Məsələ budur ki, insan Tanrının yaratdıqlarının deyil, öz düzəltdiklərinin kəşfinə çıxıb. Diqqət et, uşaqlığına diqqət et. Oyuncaqlarını kəşf edərdin bir zamanlar, indi gerçək oyuncaqları, avtomobili, evi, işi, pulu kəşf edirsən. Dəyişən nədir ? Yoxsa sən böyüməmisən ? Daima axtarışdasan, amma nəyin ? Bəlkə sən qurğulanmış robotsan ? Sənin dərdin maraqdır, gördüyünü kəşf edib, çözüb sakitləşməkdən ibarətsən. Bax indidə əlində bir telefon var, başını bununla daha asan qatırlar. Sən dünyanı kəşfə çıxırsan amma ayaq ilə deyil, telefon ilə. Bilirsən, insan təbiəti kəşfə çıxmaq yerinə, hündür qutu evlərə doluşub, onu kənardan izləməyi seçib.
Gülü Məmmədova
Necə ki, uşaqlar valideynlərini izləyir, təkrarlayır və zamanla onlara bənzəyir eləcə də insanlar yaradıcını təkrarlamağa çalışır. Hadisələr arasındakı qanunauyğunluğu tapıb o ardıcıllıqla "yaratmağa" həvəslənirlər. Hər kəs öz yaradıcısına bənzəməyə çalışır. Və bir də hər kəs özündən əvvəlkiləri (onun bura qədər gəlməsində qatqısı olan hər kəsi) qabaqlamağa çalışır. Bir addım önə çıxıb alqışlanmağı arzulayır. İnsan övladı təqdirlə qidalanır və buna çatmaq üçün bir xeyli təqlid edir :). Oysa ki, sadəcə zövq almağı bacarsa.. sonu bir yerə bağlanmayacaq rəy oldu :D🌿