Hər kəsə salam.
Bu roman atılmış bir qadınla həyatının ən böyük səhvini edən bir kişinin hekayəsidir. Bəlkədə mutlu son ola bilərdi. Kitabın ilk hissələri o qədər də maraqlı və cəlb edici deyildi. Ən maraqlı hissə baş qəhraman olan Kloyinin qayınatası Pyerin yarım qalmış sevgi hekayəsini danışması ilə başladı. Səmimi bir məhəbbət hekayəsi idi. Əslində bu hekayəni Kloyiyə danışmaqla anlatmağa çalışırdı ki, həyat hər şeydən güclüdü, sən onu saya salmasan belə. Xoşbəxt olduğun yeri, insanı gərək itirməyəsən.