Xumar Babayeva

Xumar Babayeva
@iamkhumar
Dünya
Bakı, 13 Temmuz 2005
18 okur puanı
Nisan 2024 tarihinde katıldı
10/10
·264 syf.··
Beğendi
·
2024 17. kitabı
·
8 günde okudu
·
Okunma: 28 Ağustos 2024 19:51
Hər kəsə salam)) Lamartin Coşqun Kərimovun oxuduğum ilk kitabıdı. Müəllifin sadə, anlaşıqlı yazı tərzi çox xoşdur. Özünü, hədəflərini, xəyallarını dəqiqləşdirməkdə çətinlik çəkən hər yaşda insan axtardığını bu kitabda tapacaq. Kitabdan öyrəniləcək çox şey var. Bu kitabı oxumaq çox zövqverici idi. Bu kitabı oxumağı hər kəsə tövsiyə verirəm. Növbəti oxuyacağım kitabı isə KVAN olacaq. Hər kəsə xoş mütaliələr:)
Alıntı
LamartinCoşqun Kərimov · Mentora College Yayınları · 20198 okunma
Edebiyatın En Tatlı Eşleşmeleri!
Peki ya sizin favori kitabınız hangi tatlı olurdu?
8/10
·135 syf.··
Beğendi
·
2024 15. kitabı
·
7 günde okudu
·
Okunma: 30 Temmuz 2024 16:08
Hər kəsə salam. Bu roman atılmış bir qadınla həyatının ən böyük səhvini edən bir kişinin hekayəsidir. Bəlkədə mutlu son ola bilərdi. Kitabın ilk hissələri o qədər də maraqlı və cəlb edici deyildi. Ən maraqlı hissə baş qəhraman olan Kloyinin qayınatası Pyerin yarım qalmış sevgi hekayəsini danışması ilə başladı. Səmimi bir məhəbbət hekayəsi idi. Əslində bu hekayəni Kloyiyə danışmaqla anlatmağa çalışırdı ki, həyat hər şeydən güclüdü, sən onu saya salmasan belə. Xoşbəxt olduğun yeri, insanı gərək itirməyəsən.
Edebiyat
Mən onu sevirdimAnna Gavalda · Fabula nəşriyyatı · 202246 okunma
Puan vermedi·400 syf.··
Beğendi
·
2024 9. kitabı
Salamlar, Elxan Elatlının "Şantaj" əsərini bəyəndim. Özümüzə dərd etdiyimiz problemlərin əslində necədə balaca olduğunu, bizimkindən də böyük, dəhşətli, çıxılmaz problemlərin olduğunu bir daha anlamağıma səbəb oldu. Ən çox sevdiyim hissə ailənin nə qədər önəmli olmasının bir daha vurğulanması idi. Ata sevgisinin bir qız üçün nə qədər önəmli və dəyərli olduğunu görsədirdi. Atadan, qardaşdan görmədiyi sevgini, qayğını başqa bir insanda görən bu gənc qızın səhv etməsinə səbəb olur. Hər kəs səhv edir. Səhvsiz insan varmı ki? Lakin ailəsi yanında olsaydı həyatı bu cür olmazdı. Necə gözəl xəyallarla gəlmişdi Bakıya. İndi isə həyatı alt-üst. Bəzi oxucular tövsiyə etmir oxumağa, lakin mən düşünürəm ki, gənc qızlarımızın oxumalı olduğu kitabdı. Xoş mütaliələr:)
ŞantajElhan Elatlı · Teas Press · 0490 okunma
Puan vermedi·382 syf.··
2024 2. kitabı
Salamlar, Elxan Elatlının "Susan Qadın" romanı məndə insanlara, evliliyə, biri ilə münasibət qurmağa nifrət hissi yaratdı. Bir müddət çox neqativ enerjili olmağıma səbəb oldu. Sadəcə bunu demək istiyirəm. Tövsiyə məsələsinə gələndə isə oxumayada bilərsiz. Başqa kitaba zamanınızı sərf etsəniz daha yaxşı olar.
Susan QadınElhan Elatlı · Xan Nəşriyyatı · 2022570 okunma