Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ainsleyy

Ainsleyy
@iamm_ainsleyy
Bu metin la dilinden otomatik olarak çevirilmiştir. Orjinali Göster
Sanat uzun Hayat Kısa
Azərbaycan
10 okur puanı
Mart 2024 tarihinde katıldı
Şu anda okuduğu kitap
Ancaq çəkdikləri qəm-qüssə bu adamlarda Tanrı haqqında yeni fikir formalaşdırdı. Tanrı məbəddə qoyulmuş büt deyildi. O, heç Kənanda da qalmamışdı. Tanrı hər yerdə onlarla idi! O, Babildə də, Yerusəlimdə də onlarla idi. Misirdə də! Əslində peyğəmbərlərin dediyi kimi, Tanrı hər zaman, hər yerdə onlarla birlikdə idi. Əgər peyğəmbərlərin onlara dediklərini vaxtında anlamış olsaydılar, indi də onu hər yerdə görə bilərdilər! Amma indi onlar bu boşluğu doldurmaq istəyirdilər.
Reklam
Bütə təklif etmək əvəzinə, Ibrahim qadını məsxərəyə qoydu: - Bütün ağzı yerindədir. Amma o sənin hazırladığın yeməyi nə yeyə, nə də sənə təşəkkür edə bilir. Onun əlləri var, amma o qarşısına düzdüyün yeməyin bir tikəsini belə götürə bilmir. Onun gözəl düzəldilmiş ayaqları var, amma o sənə tərəf bir addım belə ata bilmir. Bilmək istəyirsənsə, bunları düzəldənlər də, sitayiş edənlər də bu əşya qədər axmaq və lazımsızdırlar.
Və son...
- Abdulla sizi çox sevirdi, - dedi. Qadın susdu. Səssizlik çökdü. Hikmətin gözləri doldu. Astadan: - Bir bacını, bir ananı... bir ovuc vətən torpağını... nə qədər sevmək mümkünsə, o qədər, - pıçıldadı. Cavab gözləmədən dəstəyi asdı.
Sayfa 332Kitabı okudu

Okur Takip Önerileri

Tümünü Gör
Bir az düşünüb təzə sətirdən yazdı: "Dəmir yumruq" əməliyyatı. Şuşanın azad edilməsi". “Ən mühüm əməliyyatım bu olacaq, - pıçıldadı, - bir gün sizi və özümü azad etmək üçün qayıdacağam. Bizdən başqa heç kəs..."
Sayfa 331Kitabı okudu
Ömür albalı çiçəyinə çox bənzəyir. Gözəl olduğu qədər də kövrəkdir, ətrinə doymamış ətəyini toplayıb gedir... Hə, Abdullam?"
Sayfa 329Kitabı okudu
Reklam
Rejimin siyasəti elə budur, ölkənin bir faizinin hər şeyə sahib olması üçün yerdə qalanların hamısına vətənpərvərlik qandalı vurmaq lazımdır.
Sayfa 316Kitabı okudu
- Vətənpərvərlik doğulduğun məmləkətə, səninlə eyni səmanı, torpağı bölüşən insanlara duyduğun təmənnasız sevgidən, məsuliyyətdən, ləyaqətdən yaranır. Bu hissləri olmayan adamla vətəndən danışmaq mənasızdır. Torpağı sevmək anaya, övlada olan hiss kimidir. "Niyə sevməliyəm?" demirsən, sadəcə sevirsən.
Sayfa 316Kitabı okudu
- Bir zamanlar biz olmayacağıq, küləklər izimizi süpürəcək, yağışlar yuyacaq. Hamımız bir gün torpağa qarışacağıq. Ancaq, bilirsən, torpaq nazlıdır, hər kəsi qəbul etmir. Görəsən, məni qəbul edəcəkmi? – susdu
Sayfa 281Kitabı okudu
Xudayar: -Qollarımı açıb göz görən bütün bu torpaqları bağrıma basmaq istəyirəm. Bunu bacarmayanda mahnı oxuyuram ki, hər daş, hər çiçək mənim sevgimi hiss eləsin, rahatlasın".
Sayfa 265Kitabı okudu
Maraqlı bir fakt
Tarixdə "erməni" deyəndə, əslində, monofizit ideologiyasında olan xristian xalqlar nəzərdə tutulur. Necə ki "katoliklər" deyəndə Avropada yaşayan, bir-birindən mədəniyyətinə, yaşayış yerlərinə görə fərqlənən müxtəlif xalqlar başa düşülür. Yəni "erməni" adı keçən tarixi mənbələr, əlyazmalar, kitablar, folklor, mədəniyyət Ermənistanda yaşayan, özünü "hay" adlandıran xalqa deyil, xristianlığın ermənilik məzhəbində olan fərqli xalqlara mənsubdur.
Sayfa 262Kitabı okudu
Reklam
Tarix səni keçmişə aparıb həqiqətləri göstərmir, o, sadəcə, kağız üzərində yazıdır. Qələm isə çox vaxt qaliblərin, yaxud fəndgirlərin əlindədir.
Sayfa 261Kitabı okudu
- Biz son nəfəsimizə qədər sahib olduğumuz hər şeyi qoruyacağıq - torpağımızı, ailəmizi, xalqımızı, azad ruhumuzu...
Sayfa 258Kitabı okudu
Özünü daxili zindanına həbs etmiş insana heç kim yardım edə bilməz.
Sayfa 257Kitabı okudu
Bu uşaqlar bu günü unutmayacaqlar, – Andranik aldığı həzdən beyni dumanlanmış halda iki əlini də yuxarı qaldırıb. bağırdı, - canlarını sağ qurtarsalar, böyüyəndə təzədən üstümüzə gələcəklər. Qarşılarında böyüklərini gorbagor etmiş cəsur ermənilərin övladlarını görəcəklər. Yenə də məğlub olacaqlar, çünki biz əzab və işgəncə ilə həmişə onları sındıracağıq. Erməni xofu bax bu cür qiyamətə qədər davam edəcək.
Sayfa 168Kitabı okudu
Sülhü bütün xalqlar istəyir, müharibəni isə həmişə kənarda duran bir ovuc siyasətçi.
Sayfa 166Kitabı okudu
46 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.