Kafka həvəskarı olan hərkəsin başlarda oxumalı olduğu kitab.
Inanıram ki, Kafkanın bu şəxsiyyəti qazanmasında ən böyük amil atası ilə olan əlaqəsi idi. Hərşeyin başlanğıcı olan uşaq yaşlarından bu kimi şeyləri yaşaması onu vaxtından əvvəl böyüməsinə səbəb olmuşdur.
Oxuduqca Kafkanın yaşadıqlarını içinizdə yaşadacaq. Hələ 10 cu səhifədə artıq gözüm dolmağa başlamışdı...
Əgər imkan varsa kitabı bir dəfədə bitirin.
Boynuma alıram ki, biz mübarizə aparırıq, amma mübarizənin də iki növü var. Biri cəngavər mübarizəsidir ki, orda hər iki rəqib bir-birinə layiqdir, hərə öz gücünə görə döyüşür, hərə özü üçün məğlub olur, hərə özü üçün qalib gəlir. İkincisi isə zərərli həşərat mübarizəsidir ki, orda biri digərini sancmaqla kifayətlənmir, yaşamaq üçün onun qanını da sorur. Beləsinə peşəkar əsgər deyirlər və sən də elələrindənsən.
Ancaq burda günəşin özünə qədər uçmaq lazım deyil, sadəcə olaraq, yer üzündə elə bir təmiz yerə qədər uçmaq lazımdır ki, gün hərdən oraya da düşür, bir az qızınmaq olur.