Əgər Tanrının sizi sevdiyinə və həmişə onun diqqətində olduğunuza əminsinizsə, qarışınıza çıxan həyat cığırlarının ağlınıza ilk gələnini tutub gedin. Çünki onu sizin ağlınıza Tanrı özü salır. Əgər tərəddüd edib başqa cığırı seçsəniz, bilin ki, sizi o cığıra yönəldən şeytandır.
Bəzən həyatda belə olur. Keçmişdəki bütün pis şeyləri unudub yalnız gələcəyə baxaraq irəliləmək istəyirsən, birdən keçmişinin artıq unutduğunu zənn etdiyin bir parçası qabağına çıxır.