Yerli, gənc müəlliflərdən əsər oxumasam da təsadüfən kitab sərgisində @uraqan_abdullayev ilə qarşılasdıq və mənə öz kitabını hədiyyə etdi.
Kitabı çox görsəm də, sərgidə müəllifin təqdim etməyi marağıma səbəb oldu və çox gözlətmədən oxudum.
Mövzu olaraq həssas məqamlara toxunan əsərdə insanı keyfiyyətlər əsas fonda təqdim olunub. Hansı keyfiyyətlər deyə soruşsa bilərsiniz. Sizdə, məndə hərkəsdə olan, cəmiyyətdə olan keyfiyyətlər deyərdim. Bizim keçdiyimiz həyat yolunda seçimlərimizdə, addımlarımızda daxilimizdə, qarşılasdığımız insanlarda həyatımıza istiqamət verən bütün keyfiyyətlər.
Hər birimizin həqiqət axtarısında rastlaşdığı səhv döngələr, doğru yol üçün göstərdiyimiz çaba ümumilikdə həyatın reallıqları bu qısa əsərdə özünə yer tapıb.
Kitabı surətlə oxuyacaqsınız. Aktyorların simasılə həyat verilən həqiqət, şeytan, ağıl, şübhə kimi "obrazlar" əsərin oxunuşunu asanlaşdırır və hislərin oxucuya çatdırılmasında daha təsirli rol oynayır.
Odur ki, gənc müəllifin bu əsərinə şans versəniz heç nə itirməzsiniz. Əksinə güclü potensialın varlığını görüb gənclər üçün sevinərsiniz.
Burdan müəllifə uğurlar diləyirəm. Əminəm yeni planları var və oxucuların qarşısına yenidən gözəl əsərlərlə çıxacaq.