İlahe Ehmed

İlahe Ehmed
@iililand
Kitabşünas
ADMİU BDU
Bakı
10 Şubat 1996
45 okur puanı
Nisan 2021 tarihinde katıldı
GÜN OLUR ASRA BEDEL - CENGİZ AYTMATOV
10/10
·413 syf.··
Beğendi
·
2022 9. kitabı
·
11 günde okudu
·
Okunma: 27 Mart 2022 00:00
"Bir çox yazar yaşadığı, böyüdüyü cəmiyyətin, dövrün aynasıdır" Ç.Aytmatovun ən tanınmış əsəri olan "Gün olur asra bedel" Qazaxıstanın Sarı Özək bölgəsində yaşayan Yedigeyin dostu Kazangapın ölüm xəbərini alması ilə başlayır. Bütün kitab 24 saat ərzində cərəyan etsə də, müəllif Kazangapın vasitəsilə keçmişi, bugünü, gələcəyi oxuculara çatdırmaqla onlarda dərin düşüncələr yaradır. Dostunu Ana Beyt məzarlığına aparmaga çalışan Kazake əsrə bədəl olacaq bir gün keçirir. Əsərdə bir çox əfsanələrə də yer verilir. Mangurt sözü sizə tanış gəlir? Nayman Ana, Dönenbay Kuşu, Raymalı aga efsaneləri ilə keçmişə sayahət etməklə qalmayacaq obrazların dili ilə sistemə, cəmiyyətə, mecburiyyətlərə isyan edəcəksiniz. İnsanları robotlaşdıran, haqsızlıq, ədalətsizlik ilə onları idarə etmək istəyən sitem və onlara tabe olanların əksi Nayman ananın juan-juanlar tərəfindən manqurtlaşdırılmış oğlu vasitəsilə verilir. Müəllif bununla da kifayətlənmir elmi-fantastik ünsürləri də əsərə əlavə edir. Buradakı Orman-Göğsu planeti mənə xoşbəxtlər ölkəsini xatırladır. Qarayanız, mavi saçlı insanların yaşadığı bu planetin kəşfi ilə də ayrıca həyəcanlanacaqsınız. Dünya ilə ünsiyyət qurmağa çalışan yadplanetlilərə dünyalıların cavabı nə olacaü? Hər bir obraz o qədər bizdən, ailədən idi ki, sanki mən Kazakeni tanıyıram. Abutalip Kuttubayev və ailəsi isə mənim üçün ayrıca əziz oldular... bu ailənin taleyini öyrənmək istəsəniz "Cengizhana küsen bulut" kitabını oxuya bilərsiz. Kitabı müdürümün tövsiyəsi ilə oxudum. O qədər axıcı və dolu-dolu idi ki, sıxılmadan zövq alaraq oxuyub bitirdim. Sadə dili və çatdırmaq istədiyi fikirlərlə hər kəsin mütləq oxumalı olduğu bir kitabdır. Kitab oxuduğum ən möhtəşəm əsərlər sırasında özünə yer tapdı. O qədər gözəldir ki, yenə və yenə sözlərimin kifayətsiz qaldığı
Gün Olur Asra BedelCengiz Aytmatov · Ötüken Neşriyat · 202656bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Geçmişe Yolculuk - Stefan Zweig
6/10
·52 syf.··
Beğendi
·
2022 8. kitabı
·
25 saatte okudu
·
Okunma: 15 Mart 2022 00:00
920-ci illərdə yazıldığı ehtimal olunsa da, əsər meəllifin ölümündən sonra, 1970-ci illərdə işıq üzü görür. Mövzu Bir həkim müdürü xəstələndikdən sonra evində ona baxmalı olur. Evə gələrkən müdürünün həyat yoldaşına aşıq olur. Qadın da ona qarşı boş deyil. Hadisələr bundan sonra necə cərəyan edir? Cavab üçün əsəri oxuyun. Qısa həcmli və axıcı olan kitabda müəllif sevginin zaman, məkan sərhədi tanımadığını göstərir. Ən imkansıza olan sevgi belə bu maneələrə qalib gələ bilir. Hislər dəyişmir. Bəs insanlar? Onlar hələ də eynidir mi? Zweigin qələmini çox sevirəm. Yenə də qısacıq səhifələrə iki insanın dərin dünyası ancaq bu qədər sığdırıla bilərdi. Və bunu da ancaq o bacarardı. Siz də qısa, sadə sevgi hekayəsi oxumaq istəyirsinizsə bu kitaba şans verin. 14.03.22 15.03.22
Geçmişe YolculukStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 202533,6bin okunma
Dune - Frank Herbert
10/10
·712 syf.··
Beğendi
·
2022 7. kitabı
·
13 günde okudu
·
Okunma: 13 Mart 2022 00:00
▪️Son zamanlar kitabsevərlərin çoxca eşitdiyi bu kitab seriyasının ilk kitabını mart atında oxusam da postunu bölüşmək üçün özümdə indi cəsarət tapıram. ▫️Seriyanın ilk 6 kitabı 1965-1985-ci illər arasında F.H tərəfindən nəşr olunur. Yazmağa isə 1950-ci illərdə başlayıb. 1986-cı ildə müəllifin ölümü ardından 6 kitabı isə oğlu Brain Herbert qələmə alır. Ən yaxşı elmi-fantastik ədəbiyyat üzrə bir çox mükafata layiq görülən əsər, müasirlərinə, hətta Star Warsa belə ilham olur. ▪️Mövzu: Bir səhra planeti olan Arrakisə (Dune) Caladandan Atreides xanədanı göndərilir. Bu planetdə Melanj adlı ədviyyat, maddə çıxarılır ki, hamı üçün qızıldan belə dəyərlidir. İkinci dəyərli maddə isə Sudur. Hadisələr bu planet uğrunda gedən mübarizələr, Harkonnenlər, İmparator Sarduakarları, Lonca, Bene Geserritlər ( Qızlara zehini və fiziki cəhətdən təhsil verən qədim bir məktəb/birlik), Fremenlər, din, siyasət, fəlsəfə, sevgi, güc, gələcəyi görmək, zehin oxuma və s. ətrafında davam edir. Süjet xətti mövzu Paul Usúl Muad'Dib Atreides, Dük Leto, Lady Jessica, Chani, Duncan İdaho, Gurney, Thufir Hawat, Stilgar, Liet Kynes kimi obrazların möhtəşəmliyini ilə oxucuda dərin həyəcan və izlər yaradır. ▫️Qeyd edim ki, öz terminalogiyası olan kitabı oxuyarkən arxadakı açıqlamalara tez-tez nəzər salın. Əsərdə ərəb mənşəli sözlərdən istifadə olunduğu da nəzərimdən qaçmadı. (Zensünni, Şeyx Hulud, cihad, Seyidina və s.) Fremenlərin dini isə İslama çox yaxındır. Ümumilikdə, bu xalqın adətləri, səhradakı hakimiyyəti, suya verdikləri dəyər, damıtıcı giysiləri mənə çox maraqlı idi. ▪️ Qısaca, əzbər bilmək istədiyim, dəfələrlə oxusam da doya bilməyəcəyim, ilk dəfə bir kitabın içində olmaq istərdim dediyim, hər obrazına, mövzuya, evrene, F.H zəkasına aşıq olduğum bir səyahəti təsirindən əsla çıxa bilməyəcəyim
Edebiyat
DuneFrank Herbert · İthaki Yayınları · 202115,7bin okunma
Stefan Zweig - O Muydu?
7/10
·56 syf.··
Beğendi
·
2022 6. kitabı
·
1 saatte okudu
·
Okunma: 28 Şubat 2022 00:00
Zweigin digər əsərlərində olduğu kimi yenə də fikir qısa şəkildə oxucuya çatdırılır. O duyğuların çatdırılması, bənzətmələri, insan psixologiyasının dərinliklərinə işıq tutması ilə seçilir. Bu əsər isə oxuduğum Zweig əsərlərindən çox fərqli təsir bağışladı. Ponto adlı baş qəhrəmanımız bir itdir. Və müəllif bir itin üzərində önəmli mövzulara işıq tutub. Hər şeydə olduğu kimi sevginin də çoxu ziyandır. Abartı davranışlar, diqqət, sevgi, bağlılıq bəzən insanın fəlakəti ola bilər. Yaxşı niyyətli ola bilərsən amma bu sənə pislik olunmayacağına qaranti vermir. İstər insanlara, istər heyvanlara heç vaxt özünüzdən artıq dəyər verməyin. Ve gördüyünüz dəyəri itirməməyə itirdikdə isə bunu həzm etməyə çalışın... Əsərdən aldığım mesaj bu idi. Kitab qısa hekayə sadə qurulsa da məncə Zweig yenə fikrini rahat çatdıra bilib... Müəlliflə tanışmaq üçen bu əsəri töbsiyyə etmirəm amma sonrakı mərhələlərdə oxuyacaq yaxşı bir kitabdır. Ümid edirəm müəllifin bütün əsərlərini oxuya bilərəm. Fevral ayının son - ikinci kitabı haqqında düşüncələrim belə idi. Hər kəsə xoş mütaliələr. 28.02.22 12.46 28.02.22 22.54
Stefan Zweig
O muydu?Stefan Zweig · Can Yayınları · 20236,7bin okunma
Oscar Wilde - Yalnız sıkıcı insanlar kahvaltıda parıldar
9/10
·64 syf.··
Beğendi
·
2022 5. kitabı
·
17 günde okudu
·
Okunma: 27 Şubat 2022 00:00
Müəllifin Dorian Gray'in Portresi əsərini oxuyub çox sevmişdim. Hətta ən sevdiyim klassik iki əsərdən biri olmuşdu. Fərqli üslubu, mövzulara yanaşma tərzini bu əsərlə hiss etdikdən sonra həyatı haqqında araşdırma edən zaman "seçim"ləri, geyim tərzi, eyni zamanda hər şeyə fərqli yanaşmasının onu digərlərindən fərqləndirdiyini, tənqidlərə məruz qalmasına səbəb olduğunu öyrəndim. Beləliklə, bütün əsərlərini oxumağa qərar verdim. Lord Henry kimi bir obrazı yaradan adam kim bilir daha nələr yazıb deyə düşündüm. Sonra bu kitabı aldım. Kiçik hekaye olduğunu düşünsəm də aforizmlərdən ibarət olduğunu gördüm və daha da sevindim. Fevral ayının ilk kitabinı tam bir ay erzində az-az oxuyaraq, hər cümləsini düşünüb dərk edərək oxudum. Bir oturuşda oxuyub bitirməyinizi də məsləhət görməzdim. Hər bir sahə, duygu, durum haqqında sadə amma anlamlı fikirlərin əks olunduğu kitab müəllifin həyata baxışını oxucuya çatdırır. Bir neçə aforizmi qeyd edim: ● Tarihe karşı tek görevimiz onu yeniden yazmakdır ● Çok çalışmayı yapacak daha iyi bir işi olmayan insanların sığınağı olarak görürüm ● Yaşamak dünyada en nadir rastlanan şeydir. Çoğu insan sadecd var olur. 11.02.22 17:30 / 27.02.2022 15:33
Oscar Wilde
Yalnız Sıkıcı İnsanlar Kahvaltıda ParıldarOscar Wilde · Can Yayınları · 20247,1bin okunma