İsmayıl

Nə çoxmuş dünyanın yükü, Sevgisi yük, nifrəti yük. Görüşəndə söhbəti yük? Ayrılanda həsrəti yük.
Reklam
Hüzura ehtiyacım olan zaman, boyalar və fırça..
Resim & Çizim
Mən səni unuda bilmirəm, axı Unutsam nələri unudam gərək Göylərə baxmışıq aylı gecədə Unutsam göyləri unudam gərək! Dənizi unudum, ya dalğaları? Xatirən yadımdan çıxaydı barı Payızda xəzanı, qışdasa qarı Baharda gülləri unudam gərək. De, necə unudum mən səni, necə? Sevgi durna deyil payızda köçə Yuxuma gəlirsən mənim hər gecə Ayları, illəri unudam gərək! Sənin xəyalındır həsrətlə baxan Adındır hər saat qarşıma çıxan Qarışıb şəklinə gözümdən axan Yağışı, selləri unudam gərək! Sinəmdə peşiman ürəyim qaldı Uçdun əllərimdə lələyin qaldı Nələri itirdim, bax nəyim qaldı Nələri, nələri unudam gərək   Nüsrət Kəsəmənli
"Sənə 390 səhifəlik kitabı bir gecədə bitirmiş kimi baxımmı? Gözəl amma eyni zamanda yorğun.."
Duygu/Düşünce