Ümumiyyətlə bu ölkəni anlamıram. Nə də bu ölkənin sakinlərini. Biri həyat yoldaşını və körpə övladını vəhşicəsinə qətlə yetirir. Sonra da namus qeyrət adı altında qatilə haqq qazandırmağa çalışırlar. Mental dəyərlərinizdən o qədər iyrənmişəm ki. Bəzən iyrəndirirsiniz özünüzdən. Millət öz sağlığını düşünüb kəndlərində asit zəhər gölün tikilməsini isdəmir, ekoaktivist kimi mitinq edirlər. Polis isə anası yaşında ağbirçək qadınları bibər qazına tutur. Belə birşey heçbir ölkədə yoxdur. Dövlət nümayəndələri özləri xalqın gənc körpələrini Xankəndiyə ekoaktivist mitinqi adı ilə yığıb, soyuqda saxlayıb Xankəndidəki qızıl mədəninə qarşı çıxış etdirəndə bəs buna niyə şərait yaradırdı? İndi içimizdən olan ermənilər analarımızı döyür. Uzun ömürlürlər diyarı olan Gədəbəydə belə getsə heç uzun ömürlü qalmayacaq. Yəqin hökümət də bunu isdəyir. Pensiya ödədiyi insanların sayı azalar. 13 yaşlı Nərmini hansısa imkanlı şəxs zorlayıb neyniyib bilmirəm, gedib bir dənə kasıbı İlkini də tutub, şərləyib basdılar içəri. Bu ölkənin parametrləri ilə kim oynayıb anlamış deyiləm. Ölkə olaraq demokratiyada yaşadığımızı düşünə bilərik, amma demokratiyadan xəbəri olmayan bir siyasətin qurbanıyıq. Mən çox danışmaq isdəmirəm açacam sandığı tökəcəm pambığı, amma bunu nəzərə alın ki, İsveç kimi bir dövlət Azərbaycan boydadı. Nə qızılı var nə nefti, amma dünyanın ən inteqrasiya etmiş, gözəl ölkəsidir. Yaşam standartlarına isə söz ola bilməz. Azərbaycanda isə tanrının hər cür naz neməti var neft, qızıl, pambıq, taxıl amma xalqının 70% gənci gündəlik 25 manata prius götürüb taxi sürür. Yaşam standartlarından isə danışmağa gərək yoxdur.
Özümüzü dünyaya inteqrasiya etmiş bir millət kimi görstərə bilərik, amma Keniyadakı Masi qəbiləsinin nümayəndələri kimi davranırıq. Millət olaraq inkişaf isdəyiriksə birinci