B.Alkoç'u çoxdan oxuyuram və "Asansör" uzun müddətdir ki, oxumaq istəyib, lakin ərtələdiyim bir kitab idi. Çünki yazarın yarımçıq qoyduğum kitabları və ya kitab seriyaları olub, bu dəfə də elə olmasından çəkinirdim. Belə olmadığı üçün hal-hazırda " Özümlə qürur duyuram" deyə bilərəm :D.
(Bitirmək adına bitirdik, çox şükür)
Ümumən, kitabın mövzusuna, qəhrəmanlarına gəldikdə isə düşünürəm ki, geniş bir kadroya sahib kitab deyildi. Hadisələr bir neçə xarakter ətrafında dönüb dururdu. Baş rolların o yaşda olan davranış tərzlərini heç bəyənmədim, Atahanlı'nın o həddindən artıq relaxlığı, Nefes' in düşünmədən danışması və hərəkət etməsi mənə adətən cinnət keçirdə bildi. Yan xarakterlərə gələrsək, Tuğsan'ı sevdim deyə bilərəm, Aysel'lə olan ilişkilərini daha aydın və geniş şəkildə oxumaq bir az yaxşı ola bilərdi. Kitabın bir çox yerlərində boşluqlar, artıqlıqlar olduğunu düşünürəm, amma bu oxumamaq üçün yetərli səbəb deyil deyə qərarlaşdırdım(bekarsınızsa). Ümumilikdə, kitabı sevdim deyə bilmərəm. Çox uzatmaq istəmirəm. Sadəcə, həqiqətən, " Bozuk asansörlerden uzak durmayın, belki gerçek aşkınız sizi orada bekliyordur!"-a inanmayın, axırıncı dəfə qolum içəridə, özüm çöldə qalmışdım.
Beyza AlkoçAsansör