Imanova Fanara

Imanova Fanara
@imanova_008
Baki
Sankt-Peterburq
76 okur puanı
Ocak 2022 tarihinde katıldı
Puan vermedi·354 syf.··
2025 66. kitabı
·
5 günde okudu
·
Okunma: 28 Temmuz 2025 00:01
Son zamanlar oxuduğum və məni ən çox təsirləndirən kitablardan biri oldu “Yağ ve Mermer”. Tarixi əsərləri, xüsusilə də real hadisələr üzərindən yazılanları çox sevirəm. Ona görə bu kitab məni dərhal özünə çəkdi. Leonardo və Michelangelo… İki dahi, iki yol, iki fərqli ruh… Amma ikisini birləşdirən tək bir sevgi var — sənət. Kitabda olan hər bir detalın tarixə əsaslanması oxuyarkən hiss etdiyim marağı qat-qat artırdı. Bəzən unuduruq ki, gördüyümüz böyük əsərlərin arxasında necə böyük daxili savaşlar, sükutlu mübarizələr dayanır. Bu kitab o səssiz mübarizəni göstərir. Və elə bu səssizliklə təsir edir insana. Əsəri sadəcə sənət və tarix sevərlər üçün yox, insan ruhunun dərinliklərini anlamaq istəyən hər kəs üçün tövsiyə edirəm
Yağ ve MermerStephanie Storey · Maya Kitap · 2017358 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Puan vermedi·635 syf.··
2024 61. kitabı
·
3 günde okudu
·
Okunma: 31 Temmuz 2024 15:16
Nağıl kimi başlayıb, müharibə və taleyin sərt üzünə çırpılan bir sevgi hekayəsi… Kurt Seyit — Krım türkü, qürurlu, dikbaş, sözünün arxasında duran bir zabit. Şura — zadəgan ailəsinin gənc və saf qızı. Onların ilk baxışdan doğan tanışlığı, elə ilk cümlələrindən hiss etdirir ki, bu, sadəcə təsadüf deyil — böyük və fırtınalı bir hekayənin başlanğıcıdır. Amma müharibə, inqilab, uzaq yollar və ayrılıqlar bu sevgini ağır sınaqlardan keçirir. Seyitin qüruru bəzən sevgilərinin qarşısında bərk bir divara çevrilir. Şura isə incə ruhuna baxmayaraq, getdikcə həyatın sərt üzünü görür. Oxuduqca gah “birləşəcəklər” ümidi ilə yaşayır, gah da anlayırsan ki, bəlkə də bu, mümkün deyil. Bu kitab göstərir ki, müharibə yalnız şəhərləri dağıtmır, insanların içindəki sevgini də yavaş-yavaş söndürür. Və bəzən nə qədər güclü sevsən də, taleyin qarşısında aciz qalırsan…
Qurd Seyid və ŞuraNermin Bezmen · Teas Press Nəşriyyatı · 02,606 okunma
Puan vermedi
John Steinbeck - Gazap üzümleri Oxumaq mənə bəzən sanki başqasının həyatına qonaq olmaq kimi gəlir. “Gazap üzümleri” isə qonaq olmadığım, içində yaşadığım bir həyat oldu. Toz içində yollar, isti altında yanan torpaq, ürəklərdə daş kimi ağır bir ümidsizlik… Amma bütün bunların ortasında yenə də bir yerə sığınmaq, birlikdə qalmaq, yaşamaq eşqi. Joad ailəsinin başına gələnlər təkcə onların deyil, minlərlə insanın hekayəsi idi. Oxuduqca başa düşürsən ki, kasıblığın, aclığın, ədalətsizliyin dili, dini, ölkəsi yoxdur. Steinbeck o qədər real təsvir edib ki, bəzən kitabı bağlayıb nəfəs almaq istədim – elə bil toz boğazıma dolurdu. Ən çox isə insanların bir-birinə dayaq olması hissi məni təsirləndirdi. Hər şeyini itirənlərin yenə də paylaşmağa nəsə tapması… Bu kitab bizə göstərir ki, insanı ayaqda saxlayan təkcə yemək və pul deyil – inam, ümid və bir-birinə sahib çıxmaqdır. “Gazap üzümleri”ni oxumaq bir az ağrılı, amma çox dəyərli təcrübə oldu. Bəzən belə əsərlər səni silkələyir və “həyat həmişə gördüyümüz qədər rahat deyil” deyir.
Gazap ÜzümleriJohn Steinbeck · Sel Yayınları · 202045,6bin okunma
Puan vermedi·223 syf.··
2023 58. kitabı
·
4 günde okudu
·
Okunma: 20 Ağustos 2023 22:51
Bu dəfə çox qəşəng kitab təhlili ilə gəlmişəm.İlyas Əfəndiyevdən sonra İsmayıl Şıxlı da, milli yazıçılarımızdan ən sevdiklərimdən oldu. İsmayıl Şıxlı " Dəli Kür"dən sonra yeni bir əsər yazmaq istədəyini və bu əsərdə məhz 1920 ci illərdə inqilab tariximizdən bəhs etmək istədyini qeyd edib. Həttə əsərin adını oxuyuculara " Qanlı Təpə " olaraq çatdırıb lakin, yazmağı mümkün olmur . Yazıçının dediyinə görə arxiv sənədləri gizlədilir və hadisələri olduğu kimi yox dəyişdirib verəcək olsa idi digər əsərlərdən fərqi olmazdı. Artıq məhdudiyyətlərin götürlməsindən sonra roman yazacağına qərar verən Şıxlı bu səfər əsərin adını dəyişib " Ölən dünyam" qoyur. Bədbəxtliklər isə yaxasını buraxmır . Ağır və uzun sürən xəstəlik ,gözünün görməməsi ona mane olur. Lakin sonralar əsəri yazmağına ona həyatı yoldaşı (Ümidə xanım)kömək edir. Bir də bunu demədən keçməyim Şıxlı əsərə ön sözü yazanda gözünün görmədiyi üçün əsərdə olan qusurlardan dolayı oxucularindan üzr istəyib
1000Kitap
Ölən Dünyamİsmayıl Şıxlı · Bakı, Altun Kitab Nəşrlər Evi · 0399 okunma
Puan vermedi·260 syf.··
2023 62. kitabı
·
4 günde okudu
·
Okunma: 30 Ağustos 2023 14:42
Bugün sizə çox gözəl və çox özəl əsərlə gəlmişəm. Özəldi çünki gənc yazıçılardan oxuduğum ən maraqlı kitab oldu mənim üçün Kitab, baş qəhramanımız olan Şəhriyarın ,sevgilisi Aydanı qəribə bir formada itirməsi ilə başlayır. Həyəcanla başlayan bu əsər, elə həyəcanla da davam edir. Agatha Christie sevən biri olaraq əsərin sirrlərlə , sürprizlərlə dolu olması məndə çox xoş bir təəssürat oyatdı Müəəlifin ilk əsəri olması isə,məni ümumiyyətlə şoka saldı. Sözün düzü bu qədər uğurlu olduğunu düşünməmişdim amma,çox xoş bir şəkildə yanılmış oldum
1000Kitap
KeçidVasif Zahidov · Mücrü Nəşriyyatı · 202113 okunma