Lakin istifadə edilməyib əldən qaçırılmış imkanları adam heç vaxt unutmur, onları zehnindən heç də çıxarmır. Hər dəfə onları xatırlayanda adamın ürəyi sızıldayır. Görəsən, bunun səbəbi nədir: "belə olmaya bilərdi" fikrimi, yaxud insanın iztirablı hesab etdiyi şeylərə daim dözməyə hazır olmasımı?