jenna

jenna
@imtheproblemitsme
Lise
Azerbaijan, 12 Eylül
4 okur puanı
Mayıs 2022 tarihinde katıldı
Budur, bu adamlar dünyada necə yaşamaq lazımdırsa, eləcə də yaşayır, öz vəzifələrini yerinə yetirir, həyata, hər halda, nəsə bir şey əlavə edirdilər. Bəs mən? Ruhum bir ağac qurdu kimi vücudumu gəmirməkdən başqa nə edirdi? Bu ağaclar, onların budaqlarını, yarpaqlarını örtmüş qar, taxtadan tikilmiş bu bina, bu qrammofon, bu göl və üzərindəki buz təbəqəsi, nəhayət, bu müxtəlif adamlar həyatın onları məhkum etdiyi işlə məşğul idilər. Onların hər bir hərəkətinin mənası vardı. İlk baxışda gözə çarpmasa da, hər halda, müəyyən bir mənası vardı. Mən isə boş-boşuna cırıldayan, boşluğa yuvarlanan araba təkəri kimi sürüklənir, bu acınacaqlı vəziyyətlə özümə üstünlük qazandırmağa çalışırdım. Dünyada ən lazımsız bir adam olduğuma şübhə yoxdu. Həyat məni itirsə heç bir ziyan çəkməyəcəkdi. Çünki heç kəs məndən bir şey gözləmir, mən də heç kəsdən bir şey gözləmirdim.
Sayfa 182·Kitabı okudu
Alıntı
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Adamlar əylənib, yaşayırdılar. Mən öz daxili aləminə qapılmaqla, tək-tənhalığımla onlardan üstün deyil, çox aşağı olduğumu başa düşürdüm. Həmişə olduğu kimi, yenə hiss edirdim ki, adamlardan kənar gəzib-dolaşmaq, başqalarından üstünlük əlaməti deyil, şikəstlikdir, xəstəlikdir.
Sayfa 182·Kitabı okudu
İnsan
Ünsiyyət və yaxınlıq zahiri şeylərdir. İnsanlar ancaq müəyyən dərəcəyə qədər bir - birinə yaxınlaşır və bu yaxınlığın gözəlliyini özləri uydururlar. Sonra günlərin birində bunun belə olmadığını, səhv etdiklərini başa düşdükdə kədərlənib hər şeyi ataraq qaçırlar. Halbuki insanlar mümkün olanla kifayətlənsəydilər, xəyallarındakıları həqiqətən zənn etməkdən vaz keçsəydilər, bu heç də belə olmazdı. Hər kəs nə təbiidirsə, onu olduğu kimi qəbul edər, ortada nə həyata keçməyən xəyal, nə də bunun nəticəsində baş verən kədər, qüssə qalardı.
Sayfa 134·Kitabı okudu
İnsan ve Duygular

jenna

, bir kitabı yarım bıraktı
Eckhart Tolle
8.4/10 · 4.130 okunma

jenna

, bir kitap okudu
9/10
·112 syf.·
22 saatte okudu
·
Okunma: 08 Kasım 2022 20:20
·
2022 1. kitabı
Stefan Zweig
7.4/10 · 150,9bin okunma