Bir şizofreniya hekayəsi daha....
21 yaşlı Elza Sahab ailənin tək və ərköyün övladı. Valideynlərinin onu çox sevməsinə rəğmən onlarla düzgün münasibət qurmağı hüç cür bacarmayan, hər gənc qız kimi dərdi universitet, geyim-keçim, sevgi macəraları olan Elza üçün bir gün hər şey tamamilə dəyişir.
Rəfiqəsi Sabrinanın ad günü üçün çox sevdiyi qara donu geyindi, anasının təkidi ilə saçlarını topuz yığdı, şapka taxdı, taksiyə mindi, tək dərdi vaxtında çatmalı olduğu parti ikən özünü komada tapdı.
1 aya yaxın komada qalan Elza oyandıqda artıq onun üçün çox şey dəyişmişdi, o bu dəfə həqiqətən yaşamağı, insanların düşüncələrinə aldanmamağı seçmişdi.
Ölüm dadan Elza bu dəfə bütün xəyallarını həyata keçirmək istəyir və bir siyahı hazırlayır. Elə hər şey bununla başladı...
Universitetdən çıxmaq, motor almaq, Kaliforniyaya getmək, barda işləmək kimi xəyallarını həyata keçirən Elzanın tək bir arzusu qalmışdı. Maraqlı birinə keçmişi barəsində roman yazdırıb onu oxumaq. Bunun üçün Bendy Vuen seçildi, sarı kapşonkalı, əlləri qan içindən, ruhu çəkilmiş Bendy.
21 yaşlı Bendy uşaq vaxtı keçirdiyi bir qəzadan ötürü 10 yaşından öncəsini, ailəsini və yaxınlarını tanımırdı. Yetimxanada böyümüşdü. Onun gözəl səsi, heykəltaraşlıq və rəsm çəkmə qabiliyyəti var idi. İndi isə kiçik bir daxmada balığı Billi ilə yaşayır, "Evernest"də musiqiçi kimi işləyirdi
"Evernest"də işlədiyi günlərdən birində İnarə Vahidlə rastlaşan Bendy ona aşiq olub, onu axtarmağa başlayır. Və sonda tapır. Hər gün Neft Universitetinin qarşısındakı palıdın altındakı mavi skamyada onun Forddan enişini gözləyən, onu izləyən Bendy sonunda İnarla danışa bilir.
İnar Bendylə danışdıqdan sobra əslində onların uşaqlıq yoldaşı olduöu ortaya çıxır. Bütün günü birlikdə keçirdikdən İnarı yola salan Bendy üçün bu son vidalaşma olur...
Bir