Bir görün, bu gün dünyamızda peşəkar qurbanlara çevrilmiş nə qədər insan var.
-Nə üçün?
+Ona görə ki, qurbanın rolunu oynamaq çox asandır. Həyatınızın düşdüyü hala görə öz üzərinizə heç bir məsuliyyət götürmək məcburiyyətində deyilsiniz. Özünüzə heç vaxt nəzər salmadan və lazım olan dəyişiklikləri etmədən həyatınızdakı problemlərə görə başqalarını günahlandıra bilərsiniz. Lakin qurban rolunu oynamağa başladığınız an siz öz qüvvənizi sizi qurban halına saldığını iddia etdiyiniz şeyə vermiş olursunuz. Bu, çox iqtidarsız bir həyat sürmə tərzidir.