Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Camal Cəfərov

268 syf.
8/10 puan verdi
Məğzi belə qarışıq tipli gördüyüm ilk əsərdir. Həm macəra, tarix, məhəbbət, qorxu, üstünə basa basa deyerem ki reallıqlar. Bilmirəm mövzunun belə fantastik olduğundan mı ya yazıçının dərin düşüncələrindən mi? Bilmirəm amma onu qeyd edimki çox möhtəşəm əsərdir. Üzə vurulmuş tarixi həqiqətlər, Fidanla Kənanın macərasındaki həyəcan,qorxu,sevgi ,vacib dini görüşlər kimi nə qədər hadisələr.. Kitab macərama bu kitabla başladığıma görə çox məmnun oldum. Mənə bu həvəsi gətirən şəxsə də təşəkkürümü bildirirəm. Bu xalqın belə insanlara ehtiyacı var idi, məhz Qaraqan kimi. Amma o bu cəmiyyət üçün artıq olduğunu da gördük, ona görə də dəyəri bilinməyəcək. Bu arada oxuyun tövsiyə edirəm:)
Evakuasiya
EvakuasiyaQaraqan · Qanun Nəşriyyatı · 20191,110 okunma
Reklam
332 syf.
8/10 puan verdi
Bunu deyim ki Elxan Elatlının oxuduğum ilk kitabı idi. Sonuncu olacağını da düşünmürəm. Bir insanın acı taleyi... Daha doğrusu öz taleyini qumara qoyması, edilmiş sadə bir səhvin bütün həyatını mənfi istiqamətə dəyişməsi.. Dövrünün çətinliyində yaşaya biləcəyi ən yaxşı həyatlardan birini yaşayan bu şəxs.. Firdovsi. Hələ də bu adı eşidəndə qəribə hisslər yaşayıram. Amma hansı Firdovsi? kənd məktəbində ən ağıllı uşaq olan Firdovsi? Bakıya oxumağa gələn tələbə Firdovsi? Sadə kənd müəllimi Firdovsi? Bakıda daş yonan, bənnalıq edən Firdovsi? Torpaq uğrunda könüllü döyüşən qəhrəman Firdovsi? Uzun illər həbsxanada məhkum yaşayan Firdovsi? Nəhayət, kimi kimsəsi olmayan sadəcə bir binadan qarşıdakına baxan Firdovsi? Sanki bu həyatlar ayrı ayrı insanlara aid idi ancaq ad eyni idi - Firdovsi. Həqiqətən bu qədər hadisəni bir həyata sıxışdırıb yaşamaq olarmı? Tam səmimiyyətlə deyirəm ki çox təsirləndim romandan. Hadisələrin uyğunluğu, oxuduqca gələn oxuma həvəsi, bitməməsini istəməyən hisslər. Bunların hamısını yaşadıb bu kitabda. Bunu da qeyd edim ki detektiv süjetdə olsa da insanın öz taleyində daşıdığı rol, məhəbbət və Tanrıya münasibət mövzuları ön plana çəkilib. Qətiyyən oxumağınızı tövsiyə edirəm! Təşəkkürlər...
On Dördüncü Adam
On Dördüncü AdamElxan Elatlı · Teas Press Yayınları · 0833 okunma
272 syf.
2/10 puan verdi
·
32 saatte okudu
Əgər insan kitabda deyilənləri tam anlaya bilsə və düzgün əməl edə bilsə, bu kitab insan həyatında böyük rol oynaya bilər hətta dəyişədə bilər bəziləri üçün. Düşünürəm ki kitabda xeyli mübaliğələrdən istifadə olunub halbuki bunlar olmasa da uğurlu alına bilərdi bu kitab. Təsəvvür edin ki əvvəlki dövrün alimləri hamısı bunları bilirdilər və sizdə bilə bilərsiz. Bir çoxlarınıza xeyiri olacağını düşünürəm və tövsiyə edirəm. Təşəkkürlər...
Secret - The Power
Secret - The PowerRhonda Byrne · Artemis Yayınları · 201910,3bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
128 syf.
2/10 puan verdi
Ilk öncə bunu demək istəyirəm ki əsərin adı məncə daha artıq müddət düşünülə bilərdi. Kapitan Qrantın uşaqlarının əsərdə necə bir rola sahib olduğundan anlam çıxara bilmədim. Yersiz uzatmaların sayı həddən artıq çox idi. Maraqlı olan hissələr sadəcə hadisələrin mərkəzi idi, ancaq ki yazıçı hadisələrdən çox dialoqa üstünlük verib. Sonundan da nəticə çıxarılası bir şey yox idi. Bunlara görə Jül Vern'i qınayıram. Mənim fikrimcə belə bir əsər film formasında daha uğurlu alına bilərdi. Sevmədim. Tövsiyə etmirəm. Təşəkkürlər...
Kapitan Qrantın Uşaqları
Kapitan Qrantın UşaqlarıJules Verne · Altun Kitab · 02,090 okunma
288 syf.
2/10 puan verdi
·
23 saatte okudu
Açığı deyim gözləntilərimi doğrultmadı. Daha yaxşı bir əsər gözləyirdim. Hadisələrin ardıcıllığı arasında həyacan, həvəs, maraq hisslərinə tez-tez rast gəlmək olmurdu. Əvvəlcədən görmək olurdu nələr olacaq. Sadə dedektiv əsəri adlandırmaq olar. Adi Elxan Elatlının bəzi əsərləri məncə bundan dəfələrcə yaxşıdı. Tövsiyyə görmürəm şəxsən. Təşəkkürlər....
Mavi Qatarın Sirri
Mavi Qatarın SirriAgatha Christie · Qanun Nəşriyyatı · 20182,599 okunma
Reklam
288 syf.
2/10 puan verdi
·
23 saatte okudu
Mavi Qatarın Sirri
Mavi Qatarın SirriAgatha Christie
8.1/10 · 2.599 okunma
Geri1117
1.767 öğeden 1.756 ile 1.767 arasındakiler gösteriliyor.