Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
İslam Səfərli - BAKI SABAHIN XEYİR! Qayıdıb xoş güzərdən, Günəş qalxır Xəzərdən. Sevgilim keçən yerdən, Bütün şəhər yeriyir Bakı, sabahın xeyir! Hörükləri qaradır, Qaşları ayparadır. O bir aləm yardır, Hamı örəkdən deyir: Bakı, sabahın xeyir! Xumarlanır ləpələr, Gülür mehriban şəhər. Sevgilim səhər-səhər Zər şəfəqdən don geyir, Bakı, sabahın xeyir!.
ÖLMƏZ İNSANLAR, ÖLMƏZ ƏSƏRLƏR!
Söz: İslam Səfərli Bəstə: Səid Rüstəmov Getmə, getmə youtu.be/GQNIq4l1K3E Gözlərin aldı məni,
Reklam
Nazəndə Sevgilim Söz: İslam Səfərli Müzik: Andrey Babayev
Dəydi saçlarıma bahar küləyi, Nazəndə sevgilim, yadıma düşdün. Hərənin baxtına bir gözəl düşər, Sən də təkcə mənim adıma düşdün, Nazəndə sevgilim, yadıma düşdün.
İslam Səfərli
Gözlərim yoldadır, qulağım səsdə Səni unutmaram mən son nəfəsdə Ey ceyranbaxışlım ey boyu bəstə Ey tazə-tər gülüm, yadıma düşdün Nazəndə sevgilim yadıma düşdün
Bir könül sındırmışam♪♪♪
youtu.be/hKJ9pirVpe8 🎶🎶🎶 Məşhur "Bir könül sındırmışam" mahnısının müəllifi İslam Səfərli təsadüfən bir məclisdə xətrini çox istədiyi bir xanımın qəlbinə dəydiyi üçün gecə ikən bu şeiri qələmə almış və ilk olaraq Əlfi Qasımova təqdim etmişdir. Digər bir variant da mövcuddur ki, İslam Səfərli öz qızının ad günündə onun xətrinə dəydiyi üçün peşman olaraq bu şeiri yazmışdır. İstənilən halda bu şeir çox gözəl bir şeirdir və ecazkar musiqisi vardır. Görkəmli bəstəkarımız Ramiz Mirişli həmin şeirə musiqi bəstələmiş və sevimli müğənnimiz Şövkət Ələkbərova bu əvəzsiz mahnını ifa etmişdir. İslam Səfərli BİR KÖNÜL SINDIRMIŞAM... Mən onun dan ulduzu, Zərrin şəfəq sanırdım. Kimə inanmasam da, Bir ona inanırdım. O, bir qaranquş kimi Qəlbimdə yuva qurdu. Acı dilim qurusun Dilim onu uçurtdu. Saçlarının gül ətri, Titrəyən ovucumda. Bu intizar gözlərim Ağlar yol ayrıcında. Qabahətim böyükdür, Ay ellər, dünən axşam Büllur kimi bir ürək, Bir könül sındırmışam!...