Büyük bir şiir yazmak istiyorum
Ağlayan bebek, vurulan genç kadar sahici
Kelebek ve ölüm kadar güzel ve korkunç
Hayat kadar, hayat kadar
Büyülü, ince ve vahşi
Ömrüm, bana bağışla bu şiiri…
Bir-iki dəfə udqunub, gözünün həlqələrini dolduran yaşı geri qaytardı. Hönkürtü ilə ağlayacağından qorxub, üzünü yana çevirdi. Şahnigarın dodağını çeynəyib səssizcə ağlaması, hıçqırığını boğub titrəməsi onun xəyalını uzaqlara apardı. Bacısının balacalığını gözünün qabağına gətirdi. Şahnigar uşaq vaxtı da təqsiri olanda beləcə səssizcə ağlayırdı. Arvadın görkəmi onu sarsıtdı. Bir anlığa hər şeyi unutdu. Uşaqlıqda olduğu kimi, qanadlanıb boynunu qucaqlamağa hazırlaşan və balaca bir işarə gözləyən bacısını bağrına basmaq istədi. Hər şey tükdən asılı idi. Bunu hiss edən Şahnigar bir-iki addım irəli gəldi. Amma Cahandar ağa cəld geri döndü.