Aytac İsmayılova

Puan vermedi·68 syf.··
2023 10. kitabı
Yazarın kişi olmasına rəğmən qadın ürəyinin dərinliyində gizlənmiş eşqi bu qədər gözəl anlatması sadəcə əsrarəngizdir. Əsərin dili, üslubu çox gözəldir. Başucunda saxlanmalı kitablardandır mənim üçün.
Bilinmeyen Bir Kadının MektubuStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2022266,7bin okunma
Reklam
10/10
·720 syf.··
2023 1. kitabı
·
33 günde okudu
·
Okunma: 04 Ocak 2023 22:24
"Viktor Hüqo Tanrısı" deyə bir gerçək var və bu əsərdə bunu daha aydın görmək olar. İlk səhifələr sıxıcı getsə də çox keçmədən hadisələrə hakim olmaq olar. Uşaq vaxtlarında üzünün gülən hala gətirilməsi ilə "Gülən adam" kimi tanınan Quinplen və soyuqdan kor olmuş Deanın saf təmiz sevgisi ürək gözüylə ətrafa baxmağı öyrədir. Hansısa kitabda bu qədər ağladığım ağlıma gəlmir. Son olaraq mənə çox təsir edən cümlələrdən birini yazmaq istəyirəm. "Sevən kişinin vicdanı, sevilən qadının qoruyucu mələyidir".
Gülən AdamVictor Hugo · Parlaq İmzalar Nəşriyyatı · 2021366 okunma
Puan vermedi·856 syf.··
2023 7. kitabı
·
29 günde okudu
·
Okunma: 12 Eylül 2023 19:47
Oxuduqca fərqli, anlaşılmaz hislər arasında qalırdım. Ananın qınamalımı, ya anlamalımı? Sevdiyi biriylə evli olmayıb başqasına qarşı sevgi hiss edib, cəsarətli addım atmasına görə hardasa anlamaq olar onu. Ancaq oynaşına görə oğlundan keçməsinə heç nə ilə bəraət qazandıra bilmədim. İlk başlarda Annanı xoşbəxtlikdən göylərə qaldıran bu sevgi sonda onu ölümə məhkum etdi. Əsərdə ana xətt Anna və Vronski olsa da Levin və Kitinin məhəbbəti daha zərif işlənmişdir. Məncə bu qarşılaşdırma ilə Tolstoy gerçək sevgi ilə ani eşqi fərqləndirib.
Anna KareninaLev Tolstoy · Qanun Nəşriyyatı · 202155,6bin okunma
Puan vermedi·303 syf.··
2023 8. kitabı
·
41 günde okudu
·
Okunma: 22 Ekim 2023 15:36
Kitabda bəzi hissələr sıxıcı getsə də əla idi. Ömer kimi insanlar sadəcə həm öz, həm də ətrafında olan insanların həyatını məhv edirlər və ən əsası əllərində olan dəyərli şeylərin qədrini ancaq itirdikləri zaman anlayırlar.
İçimizdeki ŞeytanSabahattin Ali · Kapra Yayıncılık · 2021209,1bin okunma
10/10
·88 syf.··
2023 9. kitabı
Kiçik hekayələri ilə rus və eləcə də dünya ədəbiyyatında öz sözünü demiş Çexovun bu əsəri insanı dərin düşüncələrə dalmağa vadar edir. Dialoqların möhtəşəmliyi əsəri daha oxunaqlı edir. İctimai-fəlsəfi söhbətləri çox incə və gözəldir. Bir daha oxusam əsəri "Altı nömrəli palata"dan çıxa bilməyəcəyimi düşünürəm. Şiddətlə tövsiyə edəcəyim kitablar siyahısındadır.
Altı Nömrəli PalataAnton Çehov · Qanun Nəşriyyatı · 201887,3bin okunma