"O, məni sevir, amma bağırsaqlarımı sevmir; əgər ona bankada korbağırsağımı göstərsələr, tanımaz. Həmişə məni sığallamağına baxma, həmin bankanı əlinə versələr, heç nə hiss eləməz, hətta fikirləşməz də ki "bu, onunkudu"; insanda hər şeyi - qida borusunu da, böyrəyi də, bağırsağı da sevmək lazımdı. Ola bilsin, bütün bunların hamısını sevməyə, sadəcə, öyrəşməmişik, amma onları əllərimizi, çiyinlərimizi gördüyümüz kimi görə bilsək, onda sevərdik; güman ki, dəniz ulduzları bizdən daha yaxşı sevir axı onlar günəşli gündə dəniz qırağında yığışıb təmizləmək üçün öz mədələrini tərsinə çevirirlər, özü də bir birinin gözü qabağında. Maraqlıdır, biz öz mədəmizi necə bayıra çıxara bilərdik, göbəyimizdənmi?"
"İntim" əsəri,J.P Sartre