Cəfər Qafarov

Cəfər Qafarov
@jafargafarov
"Müharibə Sülhü"
"Necə paradoksal səslənsə də, ancaq bunu da danmaq olmaz ki, müharibə arzuolunan əbədi "sülhün” yaranması üçün vasitə də ola bilər, çünki yalnız onun vasitəsi ilə müharibələrin qarşısını almağı bacaran, güclü mərkəzləşdirilmiş hakimiyyətləri olan böyük toplumlar yaranmışdır."
Sayfa 41 - Freud·Kitabı okudu
Hayat ve İnsan
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Müharibə yanğısı
"Nə üçün insan onu öz şəxsi hayatını qurban verməyədək gətirib çıxaran belə bir vəhşi coşqunluğa qapılmasına aparan çağırışlara uyur? Burada yalnız bir cavab ola bilər: ona görə ki, nifrət və dağıdıcılıq yanğısı insanın öz daxilindədir. Dinc vaxtlarda bu istəklər gizli formalarda mövcud olur və ancaq fövqəladə vəziyyətlərdə üzə çıxırlar. Göründüyü kimi, onların bu istəklərini yerindən oynatmaq və bunu kütləvi psixoz səviyyəsinə çatdırmaq olduqca asan bir iş olur."
Sayfa 16 - Albert·Kitabı okudu
Hayat ve İnsan
"Boğuluram. Sanki iri dəniz tısbağası ayaqlarını, qollarını çırpa-çırpa suyun səthinə qalxır, burnunu çölə çıxarır, ciyərlərini şişənədək hava ilə doldurur və yenidən yosunların, dəniz ilbizlərinin yanına qayıdır. Biz hamımız üfunətli zibil qabının dibində boğuluruq."
İnsan ve Duygular
Qulaq as, oğlum, - dedim. - Səni yaman aldadıblar. 1914-cü ildə BİZ də möhtəşəm bir iş gördüyümüzü düşünürdük. Çox təəssüf ki, belə deyilmiş. Hər şey qanlı-qadalı bir qarışıqlıqdan ibarət idi. Belə bir şey baş versə, kənar dur. Axı niyə sənin bədənin güllə ilə dəlmə-deşik olmalıdır? Onu bir qız üçün qoru. Müharibə deyərkən ağlına qəhrəmanlıqlar və şərəf ordenləri gəlir, amma bil ki, belə deyil. İndi süngü döyüşü yoxdur və olsa belə, sən düşündüyün kimi deyil. Özünü qəhrəman kimi hiss etmirsən. Bircə onu bilirsən ki, üç gündür yatmamısan, it iyi verirsən, qorxudan tumanına işəyirsən, əllərin elə üşüyür ki, heç silahını da tuta bilmirsən. Amma bu da ən əsası deyil. Əsas məsələlər bundan sonra başlanır.
Sayfa 215·Kitabı okudu
Hayat ve İnsan
“1984-ün toxumları.”
Müharibə! Yenidən bu barədə düşünməyə başladım. Böyük sürətlə yaxınlaşır, bu, dəqiqdir. Bəs müharibədən qorxan kimdir? Yəni bombalardan, pulemyotlardan kim qorxur? Deyəcəksən ki, "sən". Bəli, mən. Haçansa bunları görmüş hər bir kəs bu fikirdədir. Ancaq əsas məsələ müharibə deyil, ondan sonrakı dövrdür. İndi yuvarlandığımız dünya nifrətlə, şüarlarla doludur. Rəngli köynəklər, tikanlı məftillər, rezin dəyənəklər. Elektrik lampasının gecə-gündüz yandığı, xəfiyyələrin yatanda da səni güddüyü gizli kameralar. Nəhəng sifətlərin əks olunduğu plakatlarla dolu nümayişlər, lideri alqışlayan, onun şəninə şüarlar söyləyən milyonlarla insan kütləsini təsəvvüründə canlandır. Bu adamlar qulaqları batanadək o qədər qışqırırlar ki, zahirən guya, həqiqətən də, ona sitayiş edirlər. Qəlblərində isə ona o qədər nifrət edirlər ki, adı belə onlarda ikrah hissi oyadır. Bunlar baş verəcək. Yoxsa belə deyil? Hərdən elə bilirəm ki, bu mümkün deyil, hərdən də inanıram ki, bu qaçılmazdır. Hər halda o gecə əmin idim ki, bu baş verəcək.
Sayfa 211·Kitabı okudu