Cəfər Qafarov

Cəfər Qafarov
@jafargafarov
Atomik Vərdişlər.
8/10
·264 syf.··
Beğendi
·
2023 2. kitabı
·
107 günde okudu
·
Okunma: 06 Temmuz 2023 00:12
İçində yazılanları həyatında tətbiq etmədən yanından ayırmamalı olduğun kitab. İndividual olaraq görünməz olan atomların bir araya gəlib gözümüzlə gördüyümüz, görmədiyimiz hər şeyi var etməsi prinsipi günlük həyata, vərdişlərə necə tətbiq oluna bilər? Cavabı kitabda çox konkret və aydın şəkildə verilib. Şiddətlə tövsiyə edirəm.
Hayat ve İnsan
Atomik VərdişlərJames Clear · Qanun Nəşriyyatı · 202121,2bin okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
8/10
·138 syf.··
Beğendi
·
2022 54. kitabı
·
7 saatte okudu
·
Okunma: 18 Ekim 2022 22:54
Əsərin ideyası, təsirliliyi və hiss etdikdirləri ilə bağlı yazmayacacam. Düşünürəm ki, bu nə qədər ortaq hissiyatlı bir şey olsa da hər kəs üçün fərqlidir. Mən qısaca əsərlə yazıçının şəxsi həyatı arasındakı əlaqələrdən bəhs edəcəm. Öncəliklə bildirirəm ki, mənə görə əsərin bu qədər uğurlu alınmasında yazıçının əsərin motivi olaraq öz həyatını ələ alması böyük rol oynayır. Balaca Şahzadə və Qızılgül arasındakı münasibət, öz şəxsi həyatında həyat yoldaşı Consuelo de Saint-Exupéry ilə arasındakı münasibətin təzahürüdür. Consuelo ilə təlatümlü münasibəti ərzində qeyri-rəsmi şəkildə başqaları ilə əlaqədə olması( həmçinin Consuelo da eyni şeyi edib) amma nəticədə yenə Consuelo'ya qayıdışı əsərdə Balaca Şahzadənin Qızılgülü tərk edib, yer planetində 5 min qızılgüllə qarşılaşması, lakin tülkü sayəsində xarici görünüş cəhətdən digər 5 min qızılgüldən heç bir fərqi olmayan qızılgülünün ürək gözü ilə baxdıqda sadəcə ona məxsus qızılgül olduğunun fərqinə varması ilə əks olunur. Sonradan düşmən ərazilərində kəşfə çıxan pilot yazarımız bir daha geri qayıtmır və həyat yoldaşı Consuelo onu bu sözlərlə anır : “Mən sənə sadiq qalacam. Mən səni gözləyəcəm... əbədiyyətdə oyanmış halda. Bilirsən, niyə? Çünki mən səni sevirəm, bizim şirin xəyal aləmimizi sevirəm, Balaca Şahzadənin dünyasını sevirəm, mən orda yaşayıram. Və heç kəs mənim xətrimə dəyə bilməz... tək olsam da, mənim dörd tikanım var.” Konsuelodan Antuana (Nyu-York, 10 avqust 1943-cü il)
Balaca ŞahzadəAntoine de Saint-Exupéry · Parlaq İmzalar · 2016279,9bin okunma
9/10
·352 syf.··
Beğendi
·
2021 17. kitabı
·
10 günde okudu
·
Okunma: 21 Kasım 2021 16:03
Məncə, 1984 əsərinin ideyası Heyvanıstan əsərindəki ideya ilə aşağı yuxarı oxşardır,Əsər XX əsrin ortalarında nəşr olunmasına baxmayaraq hələ də öz aktuallığını qoruyur bunun səbəbini , "1984", "Heyvanıstan", "Kataloniyaya Məhəbbətlə" əsərlərini Azərbaycan dilinə tərcümə eləyən Vilayət Quliyevin ifadəsi ilə ifadə edəcəm: " Əsər hələ də aktuallığını qoruyur,çünki zükm və ədalətsizlik hələ də mövcuddur,sərvət və hakimiyyət ehtirası azacıq da olsun səngiməmişdir,oliqarxik quruluşlar insanların beynini,ruhunu və mənəviyyatını dəyişdirmək iddiasından əl götürməyib. Çünki yaltaqlıq və qorxaqlıq var,hətta şəxsiyyət işartısı olmayan yerdə şəxsiyyətə pərəstiş yaranır,keçmişin unutdurulmasına,tarixin iqtidardakı qüvvələrə sərd edən tərzdə dəyişdirilməsinə təşəbbüs göstərilir. Çünki laqeydlik və qorxaqlıq həqiqətin ortaya çıxmasına imkan vermir,insanlar daha həvəslə cansız və hissiz robotlara,idarə olunan amorf kütləyə çevrilirlər,yaddaşsızlıq hüdud və sərhəd tanımır. Çünki dünyanın çox yerlərindən hələ də Böyük Qardaşlar öz sərt baxışları,daha da müasirləşdirilmiş teleekranları, daha da təkmilləşdirilmiş Fikir Polisləri ilə insan istəyini və iradəsini əzməyə, qapalı və məhdud çərçivəyə salmağa çalışır.”
Roman
1984George Orwell · Can Yayınları · 2023200,1bin okunma