Cavidan Zeynalov PhD

Cavidan Zeynalov PhD
@javidanzeyn
Master: History and Theory of Visual Arts, Azerbaijan State University of Culture and Arts. Dissertation: The Artistic Creativity Potential of Artificial Intelligence PhD: Art History, Muğla Sıtkı Koçman University. Dissertation: Neuroaesthetics
Sənətşünas, Fine Art Historian, Sanat Tarihçisi
Azerbaijan State Culture and Art University
Azerbaijan, Baku, Shuvelan
Baku, 30 Kasım
9 okur puanı
Kasım 2020 tarihinde katıldı
Naməlum cisimlərin fonunda özümüzə yadlaşmağımıza dair
9/10
·347 syf.··
Beğendi
·
2022 74. kitabı
Son zamanlarda gündəm yadplanetlilər ilə bağlıdır. Daha doğrusu, UNO-lar (Uçan Naməlum Obyektlər) ilə. Bu mövzu yaxın günlərdə ABŞ Konqresində də müzakirəyə çıxdı, hətta partiyalar üstü bir konfrans olub. Mövzu ətrafında müxtəlif konspirasiya nəzəriyyələri dönür, hər formada fərziyyələr irəli sürülür. Bu hər nə qədər maraqlı mövzu olsa da, zənnimcə, insanlığın da özünə qarşı hansı həddə yadlaşdırdığını göstərən bir situasiyadır. XIX əsrdən sənayeləşmə, urbanizasiya və daha neçə yollarla şiddətlə yaranan yeni sistemə, bir sözlə, modernizmə keçid insan təbiətinə heç də uyğun deyildi. 300 min illik ovçu-toplayıcı homo sapiens tarixində oturaq həyata keçmək; neolit inqilabı adı verdiyimiz dövr belə müəyyən travmalar qoymuşdur üstümüzdə, ani texnoloji inkişaf, xüsusilə XXI əsrdə daha da özünü büruzə verən atomizasiya, hərənin öz kiçik dünyasına çəkilməsi artıq "şizofrenik" hal almışdır. Çağımızda gedən bu proseslərə bir də Richard Kearney'in "Strangers, gods, and monsters" kitabını oxuduqdan sonra yenidən göz gəzdirmək çox maraqlı detalları da görməyimiz imkan yaradır, məncə. Hələ XX əsrdən bir sıra tədqiqatçılar, sosioloq və filosoflar bizi gələcəkdə gözləyəcək təbiətimizə kəskin yadlaşmağımızın fəsadlarını dilləndirirdilər. Bu kitab da onlardan biridir.
Düşünce
Yabancılar, Tanrılar ve CanavarlarRichard Kearney · Metis Yayıncılık · 201290 okunma