- Anam işdə idi, mən isə bütün günü günəşin altında uzanmışdım. Qəsdən özümü yandırmışdım.
-Niyə?
-Çünki istəyirdim ki, anam evə gələndə bədənimə "Nivea" çəksin. Bilirdim ki, dərimi günəşdə yandırsam , o mənə mütləq toxunacaq- əllərini hiss etmək istəyirdim.
Onların münasibəti hər zaman bu minvalda cərəyan edirdi: birlikdə bəzi hadisələr yaşayırdılar, sonra isə Harriet onlara öz təxəyyülündə yenidən "quruluş verir", o qədər dəyişdirirdi ki, Oskar gerçəyi ayırd etməkdə çətinlik çəkirdi.