Elçin Quluzadə

Elçin Quluzadə
Tu vas me détruire J'aurais pu le prédire Dès le premier jour Dès la première nuit
Şehiriçi Ulaşım (Toplu Taşımacılık) uzmanı
Bakü
Lenkeran
117 okur puanı
Kasım 2016 tarihinde katıldı
9/10
·144 syf.··
Beğendi
·
2025 16. kitabı
Çoxdandır bir kitab məni bu qədər düşündürmürdü. Hər bölümü çox maraqlı mövzulara toxunmuşdu, üzərinə müzakirə ediləsi çox maraqlı məqamları var. Özünə deməyə belə çəkindiyin sözlərlə, cavabına görə qaçdığın suallarla da rastaşa biləcəyin bir kitabdır.
Ölmek İstiyorum ama Tteokbokki de Yemek İstiyorumBaek Se-hee · Nova Kitap · 20248,5bin okunma
Reklam
Puan vermedi·56 syf.··
2025 11. kitabı
Stefan Zweig yenə öz ampulasındadır. Bu dəfə fərqli bir üslubda. Elə bil dostlarıyla mərcləşib, deyib ki mən nəinki insan duyğularının sərrafıyam. Hətta götürək qonşumuzun itini onun keçirdiyi hissləri elə ifadə edəcəm özüvüz də şok olacaqsız ki, elə bil bir iki gün it kimi yaşamışam ki bu qədər yaxşı ifadə edə bilirəm. Sonda da belə bir əsər çıxıb ortaya. Çox axıcı, hər kəsin rahatlıqla oxuyacağı bir kitabdır. Reading slump yaşayanlar üçün xüsusilə önərilə biləcək kitablardandır.
O muydu?Stefan Zweig · Can Yayınları · 20236,7bin okunma
10/10
·240 syf.··
Beğendi
·
2025 10. kitabı
Elə bir yaxın bir dostunla uzun günlərdi görüşmürsən, uzaq bir səfərdən gəlib. Sənə başına gəldiyi hadisələri, eşitdiyi hekayətləri danışır. Hər bir bölümü mənəvi, öyrədici və dünyagörüşü artıracaq maraqlı yazılar toplusudur. Xüsusilə reading slump dövrü yaşayan birini xilas edəcək, axıcı və rahat oxunan bir kitabdır.
Akan Nehir GibiPaulo Coelho · Can Yayınları · 20251,648 okunma
Puan vermedi·244 syf.··
2019 1. kitabı
·
6 günde okudu
·
Okunma: 25 Ağustos 2019 00:00
Hər zaman bir insanın pul və şöhrətdə uğur qazanmasını içimizdəki Egoya görə ilk düşündüyü sual bu olur ki, onlar niyə bacarırlar biz bacara bilmirik?! Kitab da elə bu sualın cavabı axtarışındadır. Idmanda, musiqidə, biznesdə və s. bizim dilimizlə desək uğur qazanmış insanların həyatından misal çəkərək, statistika ilə heç də bunu uğur adlandırılmaması gerəkdiyini göstərir. Necə mi? Əslində insan dünyaya gələrkən doğulduğun yerim hətta günün, ilin önəmi olduğunu göstərir. Amma bununla da bitmir. Sadəcə doğru zamanda doğru yerdə olmağı deyil, çox çalışmağın da önəmini anladır. Elə düşünməyin ki, bu boş hava verən bir özünüinkişaf kitabıdır. Məsələn plastinkaları və konsertləri ilə milyonlar qazanan Beatles nümunə çəkir. Beatlesin heç yoxdan yaranmadığını, Hamburqa getdiyi ildə 270 gecə ifa ediblər.10000 saat çalışırlar. Bu da onu göstərir ki, istədiyin şeyə vaxt ayırsan, həmin sayədə uğurlu ola bilərsən sözlərini tətbiq edərək, çox sayıda mahnı parçaları öyrənib, çox sayıda parçanın Cover versiyalarını çalışmış, çox sayıda praktika keçiblər, və beləliklə bütün dövrlərin unudulmaz ən yaxşı rok qruplarından biri ola bilmişdir. Fərqli çoxlu nümunələr göstərmək olar. Ancaq oxuyub qeydlər aparmaqla hər şey belə asanlıqla bitmir. İşin kilid nöqtəsi odur ki, ümumi ətrafda olanlara quş baxışı analiz edib, halhazırda perspektivli özünüzü tapdığınız bir sahə seçməyini və üzərinizdə çalışmağınızdır..
OutliersMalcolm Gladwell · MediaCat Yayınları · 202210bin okunma
10/10
·424 syf.··
Beğendi
·
2019 2. kitabı
·
20 günde okudu
·
Okunma: 20 Eylül 2019 00:00
Kitab bolşevik üsyanından bəhs edir. Romandakı hadisələr o vaxtlar Rusiyanın tərkibində olan Ukraynada baş verir. Qızıl ordunun sıralarına qoşulub, vətəndaş müharibəsində iştirak edən müəllif yaralanıb, sağlamlığı çalışmağa imkan vermədikdən sonra, özünü ədəbiyyata vermiş və başına gəlmiş hadisələri qələmə almışdır və bu roman belə ortaya çıxmışdır. Romanın baş qəhrəmanı kimi Nikolay Ostorovski də 15 yaşında inqilab ilə tanış olmuşdu. Ikisi də şöhrət,rütbəyə önəm vermədən, ideya uğrunda mübarizə aparmışdı. Düzdür bu inqliab, fəhlə partiyası, bolşevik kimi sözlər artıq işlənmir, tarixin tozlu rəflərinə qalxıb. Ancaq mənə bu romanı sevdirən cəhət; insanın bir amal uğruna yorulmadan, hər yıxılmadan təzdən ayağa qalxıb, mübarizə aparmasıdır. Həyatda sona qədər mübarizə aparan əzmkar insanların romanını mütləq oxuyun. Əzmkar deyilisiniz də oxuyun, bəlkə bu roman sizə düşünməyə köməkçi olacaq və yaşamaq üçün bir amal, hədəf tapmış olarsınız. Paylaşımı bu cümlələrlə bitirmək istəyirəm. '' Insan üçün ən qiymətli şey həyatdır. Həyat insana bir dəfə verilir, o həyatı elə yaşamalısan ki, səmərəsiz keçən o günlər üçün sonra əzab çəkib, heyfislənməyəsən, keçən günlərin rəzaləti və alçaqlığı üçün utanmayasan. Yaşamağa tələsmək lazımdır. ''
Rus Edebiyatı
Polad Necə BərkidiNikolay Ostrovski · Kitab Klubu Nəşriyyatı · 2018794 okunma