Ey qəlb,
ey insan ürəyi!
Sən qaranlıq gecə kimi
zülmət və sükut içindəsən .
Yalnız bir od səni işıqlandırır-
o da şeytanların ehtiras odudur.
Sonra o sönüb izsiz-soraqsız yox olursan-
bax bu da sənin üçün bütün həyat!
Kesa ilə görüşməyə ara verdiyim üç ildə mən heç cür onu yaddan çıxara bilmirdim. Amma onun bədəninə sahib olsaydım , mən bu üç ildə onu belə xatırlayardımmı ?