-Səndən ötrü min yol, - dediyimi eşitdim.
Sonra çevrilib, qaçdım.
Bu, sadəcə bir təbəssüm idi, başqa heç nə. Bu, hər şeyi yoluna qoymayacaqdı. Bu, heç nəyi yoluna qoymamışdı. Sadəcə bir təbəssüm. Bir zərrəcik. Meşədə ağacdan havaya uçan quşun qanadlarından titrəyən bir yarpaq kimi.
Bu, nəyisə qəbul etməkdən çox, qərar vermək üçün hədsiz yorğun və inanmaqdan usanmış birisinin hər şeyi boş verməsinə bənziyirdi. Onun arzuladığı keçmiş həyatı idi. Əvəzində isə mən və Amerika vardım.
Amma, məncə, Sürəyyanın keçmişinə məhəl qoymamağımın əsas səbəbi öz keçmişimin təmiz olmaması idi. Mən peşmançılığın nə olduğunu hər kəsdən yaxşı bilirdim.