Ölüm qorxusu insanın həyata baxışını dəyişən, onu həyatın mənasını və bu qoca dünyada öz yerini axtarmağa sövq edən bir qığılcıma bənzəyir.
Sonu xarabalıq olan abadlıqda necə hüzur tapasan, sonu xəzan olan
bağın, gül-çiçəyin gözəlliyindən necə zövq alasan?
Sonu ölümla, yoxluqla bitən həyat məhv edilmək
üçün salınmış gözəl bir şəhərə, yandırılmaq üçün
yaradılmış gözəl bir sənət əsərinə bənzəyər. İnsanı çaşdıran da elə budur: Ölümlə bitən Həyat. Bu PARADOKS insanlığın düşüncəsini dumanlandırır.
İnsan düşüncələrinin dərin qatlarını kəşf etməkdə Magellan oldum, Kolumb oldum. Yavaş-yavaş yöndəmsizcəsinə öyrənməyə başladım, amma lazım olanları öyrəndim. Öyrəndiklərim adi uşağa da məlumdur və bundan ibarətdir ki, həyat deyilən şey gündəlik həyat silsiləsindən ibarətdir. Bir günlük ömürlər ard-arda düzülür və ona həyat deyirik. Gündəlik həyatda gül-çiçəyin, şeirlərin gözəlliyini kəşf etməlisən, heyvanlarla danışmalısan. Gün ərzində xəyallar qurursansa, qüruba tamaşa edirsənsə, özünü sahil mehinə verirsənsə, demək o günü yaşamısan, itirməmisən.
Cəmiyyət insanla çox pis oyun oynayır. O, insanı öz-özünə qarşı qoyur. İnsan özüylə çarpışdıqca onun başqa işlərlə məşğul olmağa zamanı və gücü qalmır. Sən içində gedən savaşı hiss eləmirsən? Daim içində bir boğuşma var, bir çarpışma var. Özünlə vuruşursan.
Qərb öz ruhunu itirib. Özləm, sıxıntı, duyğusuzlug içindədi.
Onun bütün elmi nailiyyəti anlamsızdı. Evdə hər şey var amma
insan yoxdu, ev sahibi yoxdu, həyat yoxdu.
Şərqdə ev sahibi sağdı amma ev yoxdu.
Qarın ac olanda sevinmək mümkün deyil. Hər yerdə ölüm,
savaş, qırğın, insan əzabı varsa gülmək olmur.
"bizi esir etdiler
bizi hapse attılar
beni duvarların içinde
seni duvarların dışında.
ufak iş bizimkisi. asıl en kötüsü bilerek, bilmeyerek hapishaneyi insanın kendi içinde taşıması."