"Uğur qazandıqca seçim variantlarımız çoxalır, azadlığımız genişlənir, seçən biz oluruq. Uğur qazanmadıqda isə seçim imkanlarımız tükənir, gücümüz azalır, seçilən biz oluruq. Uğur həyatımızı şaxələndirir, uğursuzluq isə içimizi daraldır. Buna görə də çoxumuz uğur qazanmaq üçün yaşayırıq."