Həyatın qəribə axını var: siz doğulursunuz, siz ölürsünüz, və bu iki hadisə arasındakı zamanda qarnınız sancır. Yaşamaq qarın sancısıdır, aramsız sancı: on beş yaşında qarnınız sancır, çünki eşqə düşmüsünüz; iyirmi beş yaşında qarnınız sancır, çünki gələcəkdən qorxursunuz; otuz beş yaşında qarnınız sancır, çünki içki şüşələrinin içinə girirsiniz; qırx beş yaşında qarnınız sancır, çünki işiniz sizi əldən salır; əlli beş yaşında qarnınız sancır, çünki daha heç kəsə vurulmursunuz; altmış beş yaşında qarnınız sancır, çünki keçmiş sizi kədərləndirir; yetmiş beş yaşında qarnınız sancır, çünki xərçəngə yoluxmusunuz və o, metastaz verib.