Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Məsum Çobanın Hekayəsi

Advent

Gunnar Gunnarsson

Advent Gönderileri

Advent kitaplarını, Advent sözleri ve alıntılarını, Advent yazarlarını, Advent yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
96 syf.
8/10 puan verdi
·
4 günde okudu
Qunnar Qunnarson-Advent
Əsər İslandiyada yaşayan, özündən başqa “Çətin” adlı qoç və “Leo” adlı iti olan “Çoban Benedikt”-dən bəhs edir. Baş obraz dostlarıyla birgə qarlı dağlarda itmiş qoyunları axtarmağa çalışır. Yazıçı əsərin axıcı ssenarisinə bir qədər fəlsəfə də yükləyib ki, bu da həcmi qısa olan əsəri daha diqqətlə oxumağa məcbur edir. Belə ki, “Benedikt” obrazı davamlı olaraq, gördüyü iş, həyat və özündən sonra olacaqlarla bağlı düşünür, suallar verir. “Benedikt” sanki Charlie Mackesy`nin bu il məşhurlaşan “Uşaq, köstəbək, tülkü və at” əsərindəki uşağın yetkin yaşlarındakı prototipidir. Düşüncə tərzi, verdiyi suallar, ətrafındakı 3 dostu və s.(“Benedikt”-in əsərdə adı az hallanan dostlarından biri də atı “Fakse”-dir.) Amma bu iki obraz arasındakı fərqlərdən biri də Mackesy`nin obrazının sualları ətrafındakı dostlarına verməsi, Gunnarsson`un obrazının isə özünə ünvanlaması, daxilində düşünməsi idi. Bu da düşünürəm ki, obrazlardan birinin uşaq, digərinin isə daha yetkin yaşlı olmasından irəli gəlir. Amma, nəticə etibarilə, bütün bunlar sadəcə bir FAN THEORY`DİR.
Advent
AdventGunnar Gunnarsson · Qanun Nəşriyyatı · 20189 okunma
..təslim olmamaq, mübarizə aparmaq və çıxış yolu tapmaq. Nə qədər ağır olsa da, sonadək çətinliklərlə mübarizə aparmaq. Hətta ölümə qarşı belə dayanmadan mübarizə aparmaq, o zamana kimi ki, ölüm insanın həyatına son verir. Bu insan övladının işidir!
Reklam
Hansısa məsələnin həlli daha güclü qüvvələrin əlindədirsə, bu zaman heç səy göstərməyə dəyməz
..bütün heyvanlar qurban edilən vəhşilərdir – guya bizim bütün həyatımız qurban getmirmi? Nə zaman öz həyatımızı doğru-düzgün yaşayırıq ki? Bu bir tapmacanın cavabı deyilmi? Bütün həyatımız daxili savaş, qurban olmamaq uğrunda mübarizə şəraitində keçmirmi? Çalışırıq, vuruşuruq, qurban olmaq istəmirik-axırda onun haqqı da ölüm olur.
İnsan gərək yalnız öz həyatının hakiminə çevrilməsin, insan gərək ölümünün də hakimi olmaq barədə düşünsün. Bütün bacarığı ilə, bütün vicdanı ilə buna çalışmalıdır. Həyatın düzəni budur... Bəli, bu incidir. Yalnız bu prosesi öz üzərində yaşayanlar onun necə ağrılı olduğunu bilirlər.
Yatan adam üçün onun başının üzərindən vaxtın keçməsi, ölmüş adam üçün keçən zamanla eynilik təşkil edir.
Reklam
Hər birimiz seçim etməliyik. Bir işi görməli, digərini isə axarına buraxmalıyıq
Bir insan öz həyatını bir neçə cür yaşaya bilər. Çoxları daşınır, bəziləri isə sakit qalmağa üstünlük verir. Çoxları özlərini rahat, ruhlarını dincəlmiş hiss etməsi üçün öz yaxınlarının, qohumlarının əhatəsində olmaları vacibdir. Digərləri isə ara-sıra tək qalmağa meyil edirlər, təklikdə rahatlıq tapırlar.
Heç kəs sabahın necə olacağını bilə bilməz. Həm də çox nadir hallarda elə olur ki, pis şey baş verəndə, sən ondan daha pis bir şeyin baş verə biləcəyini ağlından keçirəsən.
Düşünmədən dənizə çıxanlar, Yəqin, sonda batarlar
57 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.