Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Ağ Zanbaqlar Ölkəsi

Grigory Petrov

Ağ Zanbaqlar Ölkəsi Gönderileri

Ağ Zanbaqlar Ölkəsi kitaplarını, Ağ Zanbaqlar Ölkəsi sözleri ve alıntılarını, Ağ Zanbaqlar Ölkəsi yazarlarını, Ağ Zanbaqlar Ölkəsi yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
200 syf.
7/10 puan verdi
·
6 günde okudu
Ümumiyyətlə, kitab maraqlı idi, çatdırmaq istədiyi fikirlərin əksəriyyəti əhəmiyyətlidir, fikrimcə. İlk başlarda axıcı irəliləyir, lakin artıq ortalarda yazıçı dinin təbliğatına çox yer verir. Dinə, tanrıya inanmamağı və inanmayanları əxlaqsız, talançı, pozğun adlandırır. Mən bu fikirlərlə razılaşa bilmədim. Hər tanrıya inananın yaxşı, mələk ruhlu insan olmadığı kimi, hər tanrıya inanmayan da şeytani hisslərlə dolu biri deyil və dini inancın olmaması cəmiyyəti bədbəxtliyə sürükləmir. Elmi tərəqqi din təbliğatı olmadan da mümkündür. Bu mənfi yönləri ilə yanaşı kitabda ən çox bəyəndiyim fəsillər valideyn və uşaqlardan, təhsildən, memarlıqdan, idarəetmədən bəhs etdiyi fəsillərdir. Ümumən kitaba şans verməyə dəyər, ancaq hər fikri ilə razılaşmaq çətindir və bu da normal bir haldır.
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 201999bin okunma
Xalq kütlələrinin əqli inkişafı, insanlığın sayı milyonlarla ölçülən bu hissəsinin könlünün, iradəsinin tərbiyə edilməsi, maarifləndirilməsi barədə çox az düşünülmüş, olduqca az işlər görülmüşdü. Demək olar, heç kim xalqın zahiri və daxili mənəvi həyatının yaxşılaşdırılması qayğısına qalmamışdı.
Sayfa 135Kitabı okudu
Reklam
Cənab professorlar, ruhanilər, hakimlər, mühəndislər, məmurlar, vəkillər, Suominin gənc övladları, ziyalılarımızın çiçəkləri, sizlər nə üçün öz xalqınızın arasında Robinzon Kruzo olmaq istəmirsiniz? Robinzon kimsəsiz bir adada adamyeyən vəhşidən özünə nəzakətli dost və iş yoldaşı yarada bilmişdi. Ancaq siz bunun əvəzində, böyük şəhərlərdə, işlədiyiniz məktəblərin, redaksiyaların, teatrların və muzeylərin divarının o üzündə, sayı milyonlarla ölçülən xalqınızın cahil, içki düşkünü, kobud, az qala ibtidai insan olduğundan şikayətlənməkdən başqa bir iş tapa bilmirsiniz.
Sayfa 120Kitabı okudu
Bağışlayın, bunları sizə açıq şəkildə deməyi özümə borc bilirəm: bilirəm, bütün peşələrdə olduğu kimi, müəllimlərin də arasında ruhuna görə pedaqoq olmayan çoxlu insan var. Onlara, hətta, sənətkar da demək olmaz. Onlar - öz müəllim fəaliyyətini sevməyən, onu lənətləyən muzdurlardır. Onlara dostcasına təklif edirəm: əl çəkib gedin! Özünüzə başqa peşə axtarın. Kontorlara gedib, orada işə düzəlin. Ticarətlə məşğul olun. İstənilən işlə məşğul olun, ancaq canlı ruhuna və böyük biliyinə ehtiyac duyulan insanların yerini tutub xalqın maariflənməsinə mane olmayın...
- Məktəb bizim başlıca sərvətimizdir,- finlər bununla bağlı söz düşəndə belə deyirlər. İngilis zavodlarında poladı döyüb bərkitdikləri kimi, biz də öz gənclərimizi məktəblərdə möhkəmlədib həyata hazırlayırıq. Məktəblərimizin köməyi ilə bataqlıqlar və çılpaq daşlıqlar arasında özümüzə yaratdığımız abadlıq və firavanlıqla, Rusiyanın başqa yerlərində rastlaşa bilməzsiniz. Məktəblərimizi əlimizdən alın, biz məhv olacağıq.
Hər bir xalq ya böyük şəxsiyyətlər, ya da şərəfsiz insanlar yetişdirir və xalq kütlələrinin mənəvi səviyyəsindən asılı olaraq onlardan birini hakimiyyət başına gətirir.
Reklam
Dövlətlərin və xalqların həyatı bizə Moskvadakı İmperator teatrıyla bağlı hadisəni xatırladır. Dövlət quruluşunun köhnəlib sıradan çıxmış təməli, xalqların köhnə üsullarla idarəsi, keçmiş zamanlarda hansısa bir məna kəsb etsə də, indi artıq öz gücünü itirmiş, yararsız hala düşmüşdür. Müdrik bir atalar sözündə deyilir: "Yeni dövrün yeni mahnıları qoşulur". İnsan nəsilləri dəyişir. Yenilənir. Bu dəyişilmələr isə özüylə yeni anlayışlar, yeni meyillər, yeni tələblər gətirir. Artıq yeni nəsilləri zorla imkanları tükənmiş bu köhnə idarəetmə formalarıyla, köhnəlmiş üsullarla idarə etmək mümkün deyil, yeni nəsillərin həyatının ağıllı, ədalətli və möhkəm dövlət idarəçiliyi bünövrəsi üzərində qurulması zəruridir.
"Elmilik və bədiilik, bilik yanğısı və gözəllik - münbit bir torpaqdır, elm və incəsənət isə onların üzərində bitən, göz oxşayan çiçəklərdir."
"Maneələr olacaq, uğursuzluqlar olacaq, şəxsi və ümumi işinizin düşməni olan adamlar bəzən qələbə çalacaqlar - ancaq siz buna görə sönməyin! Ruhdan düşməyin! Heç vaxt, əllərinizi ümidsizlikdən yanınıza salmayın."
Gəncliyi deyil, özünüzü qınayın. Gənlik sizin onu tərbiyə etdiyiniz kimi yetişib.
Sayfa 82
Reklam
Oxuyub- öyrənməyin, vətənin, doğma xalqın çiçəklənməsi üçün çalışmağın özü də ən böyük qəhrəmanlıqdır.
Sayfa 69
Burada insanlar özlərinin şikəstlikləri və kimsəzizlikləriylə barışmırlar. Eləcə də, özgə fikirlərin təsiriylə " nə olacaqsa olacaq" deyə, ümidsizlik içində ömür sürməyi qəbul etmirlər.
Sayfa 36
200 syf.
·
Puan vermedi
·
Beğendi
·
29 saatte okudu
Bu günləri Finlandiya öz rifahı, iqtisadiyyatı, insanlarının düşüncə tərzi ilə seçilən və bir çox insanın yaşamaq istədiyi ölkələrdən biridir ki, kitabda da bataqlıq ölkəsinin ağ zanbaqlar ölkəsinə çevrilməsinindən bəhs edilir. Əsərin bir ölkənin inkişafı üçün əsas amilin təhsil olduğunu vurğulaması çox xoşuma gəldi. Ölkənin əhalisinin aşağı yaş təbəqəsindən tutmuş qocasına, əlilinə qədər inkişaf etməyə, oxumağa göstərdiyi önəm göstərilir. Yazar bunu İki ayrı evdə ayaqları olmayan qoca və kor bir qoca qadının özlərinin taleləri ilə barışmaması, inkişaf etməyə olan meylləri barəsində olan əhvalat ilə nümunə olaraq göstərmişdir. Təhsil əsaslı bir toplum kitabda bilik və bacarıqların bar verdiyi bir bağça olaraq təsvir edilmişdir. Ziyalı dedikdə ağla gələn şəxs kimdir və nə etməlidir? Sualına cavab məhz bu kitab olardı. Ziyalı ancaq öz halına yanan olmamalı, yaxşı maaş naminə bu yola atılmamalıdır. Onlar xalqın beynidir, xalqa kömək etməlidir. Yəni, inkişaf az bir qismdə yox, bütün cəmiyyətdə olmalıdır. Bu mənə iqtisadçı olaraq, Pareto optimumunu xatırlatdı. Pareto optimumu o vaxt baş verir ki, hər hansı dəyişikliyin qiymətləndirilməsi ya hamının rifah halının yaxşılaşmasını, ya hamının rifah halını pisləndirməməklə heç olmasa bir nəfərin rifah halının yaxılaşdırmasını əks etdirir. Zövqlər fərqlidir. Mənim xoşuma gəldi. Bəzi kitablar vardır ki, insanın dünya görüşünü artırır məhz bu o kitablardandır..
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 201999bin okunma
Yalan
Uşaqlara deyirlər: "Yalan danışma, heç kimi aldatma! Bu yaxşı iş deyil, iyrənclikdir! Günahdır. Allah bunu sevmir və belələrini cəzalandırır" . Ancaq özləri yalan danışır, aldadırlar. Bir-birini aldadırlar. Başqalarını aldadırlar.
Sayfa 84 - Qanun nəşriyyatKitabı okudu
1.500 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.