Ağ Zanbaqlar Ölkəsi

Grigory Petrov

Most Liked Ağ Zanbaqlar Ölkəsi Reviews

You can find Most Liked Ağ Zanbaqlar Ölkəsi quotes, most liked Ağ Zanbaqlar Ölkəsi book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.

Score

8.6Out of 10
25.7k People · 4359 Review
200 syf.
10/10 puan verdi
·
Read in 8 days
"Ağ zanbaqlar ölkəsi"
İlk öncə yazıçı haqqında məlumat vermək istərdim. Qriqori Petrov-XX əsrin əvvəllərində Rusiya imperiyasında ən tanınmış din xadimlərindən və yazıçılardan biri idi.Fərqli fikirlərinə görə kilsədən qovulmuşdu.Qovulduqdan sonra isə ədəbiyyatla məşğul olmağa başlamışdır. Yazıçı ən məşhur əsəri "Ağ zanbaqlar ölkəsi"(1923) kitabını isə Rusiya İmperiyasında baş verən 'Oktyabr İnqilabı'ndan sonra ölkədən qaçdıqdan sonra Finlandiyada yazmışdır. Yazdığı bu məşhur əsərində olan fikirlərinə görə kitab SSRİ-də qadağan edilmişdir. Lakin SSRİ-də qadağan olunmasına baxmayaraq yeni inkişafda olan Türkiyə'də böyük maraqla qarşılanmışdır. Mustafa Kamal Atatürk - kitabla tanış olduqdan sonra bu kitabın türk dilinə tərcümə olunub hərbi məktəblərində tədris edilməsinə göstəriş verir. Bu cür addımı yalnız Atatürk kimi dahi ata bilərdi. Məhz buna görə həmin dövrdə Türkiyədə ən çox satılan kitab sıralarında ilk yerləri tutmuşdur. Əsərdə yazıçı Finlandiyada yaşadığı illərdəki təcrübələri qeydə almışdır. Yazıçı Q.Petrov bu məşhur əsərində fin mütəfəkkiri Yohan Vilhelm Snelman'ın öz xalqının düşdüyü çətin durumdan çıxarmaq yolunda apardığı əziyyətli mübarizəni ustalıqla şərh etmişdir. Hər kəs mütləq şəkildə bu gözəl əsəri oxumalıdır. Xoş mütaliələr.
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 2019100.2k okunma
200 syf.
·
Not rated
·
Read in 7 days
"Ağ zanbaqlar ölkəsi” görkəmli rus ilahiyyatçısı və ictimai xadimi Qriqori Spiridonoviç Petrovun ən tanınmış publisist əsəridir. Əsərin adını çox eşitmişdim, alıb oxumağa qərar verdim. Düzü, kitabı alanda bir az tərəddüdlü idim. Çünki az-çox mövzusuna bələd idim. İndiyə qədər bu tipli kitab oxumamışdım oxuduğum bütün kitablar müəyyən süjetli
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 2019100.2k okunma
Reklam
200 syf.
·
Not rated
·
Read in 4 days
Mustafa Kamal Atatürkün əmri ilə məktəblərin tədris proqramına salınan
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar Ölkəsi
. Kitab Finlandiyanın tarixi , mədəniyyəti, ədəbiyyatı ilə bağlı məsələləri özündə əks etdirir. Finlandiyanın qabaqcıl ziyalıları və müəllimləri xalqın maariflənməsi və özünü dərk prosesində iştirak edirlər. Onlar hər bir sahədə yenilik yaratmağa, xalqı hər tərəfli inkişaf etdirməyə çalışırlar. Xüsusilə tarix sevənlərin mütləq oxumalı olduğu bir kitabdır.
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 2019100.2k okunma
200 syf.
6/10 puan verdi
·
Read in 6 days
Bataqlıqdan ağ zanbaqlar ölkəsinə...
Böyük gözləntilərlə və həvəslə başladığım kitabında sonuna gəldim. Kitabda illərlə əsarət altında qalmış Finlandiyanın necə bu bataqlıqdan xilas olduğunu aydın şəkildə görürük. Finlandiyalıların təhsilə verdiyi önəmi çox sevdim. Təhsili gücləndirməklə necədə gözəl yerlərə gəlmək olarmış....Ümumi kitab haqqında düşüncələrimə gəlsək, "Türkiyədə Qurandan sonra ən çox satılan kitab" cümləsini gördüyüm an kitabdan olan gözləntilərim pik nöqtəyə çıxdı. Amma çox təəssüf ki, yenə hərkəsin tərifləyə tərifləyə bitirə bilmədiyi kitablardan birini mən elədə bəyənmədim. Heç axıcı gəlmədi mənə kitab. "sürünə-sürünə" oxudum desəm yeridi. Ancaq "Qəhraman və kütlə" " Kazarma" bölümləri digərlərinə nisbətən babatıydı. "Valideynlər və uşaqlar" "Karokep" bölümü isə ən sevdiklərim oldu. Kitabın ən can alıcı və axıcı hissəsiydi. Qalan hissələr zorla birtəhər oxudum. O qədər sıxıldım ki bir çox səhifədə oxuduğumu anlamadığımın fərqinə varıb, həmin səhifəni başdan oxumağa başladım. Yenədə çatdırdığı fikirlər gözəl idi. Amma bizim ölkəyə görə birazda nağıl kimi gəldi.... kaş insanlarımızı o qədər asanlıqla özlərinə gətirmək olsaydı. Görəsən doğurdanda bataqlıq da olan ölkəni ağ zanbaqlar ölkəsinə çevirmək mümkündürmü? Görəsən bir gün bunu bacara biləcik? Qüsursuz kitab yoxdur. Qüsurlarıyla sevin kitabları. Kitabla qalın! salamat qalın!!!
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 2019100.2k okunma
200 syf.
·
Not rated
Əsasən milli hisslər əsasında yazılan bu kitab, müəllifinin dediyi kimi, ən möhkəm yatmış insanları belə oyadacaq tərzdədir. Əsərin böyük qismində savadsızlığa qarşı mübarizə təsvir olunur. İnsanlarda mədəni səviyyənin yüksəldilməsinin vacibliyi ilə yanaşı, vətən üçün faydalı cəmiyyətin yaradılması və inkişaf etdirilməsi yazarın əsas məqsədidir deyə bilərəm. Hər bir ölkənin "Snelman"lara ehtiyacı var. Həmçinin də bizim. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanda da mədəni səviyyə olması gərəkəndən çox aşağıdır və savadsızlıq qar uçqunu kimi getdikcə böyüyür və xalqı ağuşuna alır. Ümid edirəm ki, gənclər boş işlərindən vaxt ayıraraq kitab oxuyar və "oyanar".
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 2019100.2k okunma
Reklam
1,000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.